Mingəçevir Turizm Kollecinin əməkdaşları üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə maarifləndirmə tədbiri keçirilib

Mingəçevir Turizm Kollecində texniki heyətin iştirakı ilə əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına həsr olunmuş maarifləndirici təlim keçirilib.
Təlim zamanı elektromontyorlar və xadimə heyəti üçün təhlükəsiz iş qaydaları, fərdi mühafizə vasitələrindən düzgün istifadə, elektrik və yanğın təhlükəsizliyi, kimyəvi təmizləyici vasitələrlə davranış, eləcə də iş zamanı yarana biləcək risklərin qarşısının alınması məsələləri barədə məlumat verilib.







