Mingəçevir Turizm Kollecində tələbələrin iştirakı ilə “Effektiv ünsiyyət və dostluq münasibətləri” mövzusunda qrupdaxili görüş keçirilib

Mingəçevir Turizm Kollecində tələbələrin iştirakı ilə “Effektiv ünsiyyət və dostluq münasibətləri” mövzusunda qrupdaxili görüş keçirilib.
Görüşün əsas məqsədi tələbələr arasında sağlam ünsiyyət bacarıqlarının formalaşdırılması, qarşılıqlı anlaşma və hörmətə əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsi olub.
Görüş zamanı effektiv ünsiyyətin əsas prinsipləri, düzgün dinləmə vərdişləri, münaqişələrin səmərəli həlli yolları və sosial münasibətlərdə etik davranış qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, tələbələrin mövzu ilə bağlı fikir mübadiləsi aparması üçün interaktiv müzakirələr təşkil olunub, onların şəxsi təcrübələri dinlənilib.













