Mingəçevir Turizm Kollecində 8 aprel 2026-cı il tarixində “Etik prinsiplər və dilemmalar” mövzusunda qrup müzakirəsi təşkil olunub

Mingəçevir Turizm Kollecində 8 aprel 2026-cı il tarixində “Etik prinsiplər və dilemmalar” mövzusunda qrup müzakirəsi təşkil olunub.
Müzakirənin əsas məqsədi tələbələrdə etik davranış normaları, peşəkar məsuliyyət prinsipləri və qərarvermə prosesində meydana çıxan etik dilemmalar barədə nəzəri biliklərin formalaşdırılması, eyni zamanda bu sahədə analitik düşünmə və obyektiv qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi olub.
Kollecin psixoloqu Tamara Uğurluyeva tərəfindən mövzu ilə bağlı ətraflı izahat verilib, etik prinsiplərin əsas istiqamətləri izah olunub və real həyat nümunələri əsasında müxtəlif etik dilemmalar təhlil olunub.
Bildirilib ki, etik dilemmalar insanın dəyərləri, peşə öhdəlikləri və sosial normalar arasında seçim etməli olduğu mürəkkəb situasiyaları əhatə edir və bu kimi hallarda düzgün qərarvermə bacarıqları xüsusi əhəmiyyət kəsb edir.
Müzakirə zamanı tələbələr fəal iştirak edib, mövzu ilə bağlı suallar səsləndirib, müxtəlif yanaşmalar irəli sürərək etik situasiyalara fərqli baxışlarını ifadə ediblər.








