Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi

Mehmanxana və ya otel təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Turizm sənayesi isə çox geniş olub, mehmanxanalardan başqa, yemək, nəqliyyat, ekskursiya, müalicə, rekreasiya, təhlükəsizlik, ticarət, informasiya, rezervasiya xidmətlərinin, hədiyyəlik əşya istehsalı və satışı, habelə turizm sektoru üçün kadr hazırlığı kimi onlarla digər xidmətlərin məcmusudur. Mehmanxanalar turistlərin gecələməsi üçün vacib olduğundan onların fəaliyyəti və burada tətbiq olunan komfort standartları regiondakı turizm xidmətlərinin, peşəkar qonaqpərvərliyin səviyyəsi haqda ilkin fikir söyləməyə imkan verir. Hər halda, yaradılmış zəruri infrastruktur vardırsa, onda əsas yük də təşkilatçılığın, kadr məsələsinin üzərinə düşəcəkdir.

Turizm xidmət sahəsində ən böyük bölmələrdən birini təşkil edir. Turizmin inkişafı dedikdə, ilk növbədə turizm sənayesinin inkişafı nəzərdə tutulur. Burada hər cürə nəqliyyat növlərinin, mehmanxana təsərrüfatının, ictimai iaşə obyektlərinin,müəyyən gəzinti, əyləncə təyinatlı obyektlərin, idman komplekslərinin,ekskursiya xidmətləri göstərən təşkilatların məcmusu nəzərdə tutulur.Turizm sənayesində və yaxud beynəlxalq turizm sistemində mehmanxana təsərrüfatı əsas yerlərdən birini tutur.Bir çox hallarda turist axınının qədəri məhz turizm sənayesinin bu bölməsinin həcmindən asılıdır.Turistlərin yerləşdirilməsi üçün nəzərdə tutulan mehmanxanalar hər halda bir çox xüsusiyyətlərinə görə fərqlənirlər.Məsələn turistlərin yerləşdirilməsi üçün nəzərdə tutulan mehmanxanalar,pansionatlar,motellər öz rahatlığına görə,mənfəət şəraitinə,dizayn quruluşuna görə fərqlənirlər. Bütün bu kimi cəhətlərinə görə bu mehmanxanalar 5 kateqoriyaya bölünür və yaxud 5 ulduzlu olur.

 

Mehmanxananın əsas şöbələri aşağdakılardır:

–       qəbul və xidmət şöbəsi (Front Office);

–       yemək və içməyə xidmət göstərən şöbə (Food & Beverege);

–       marketing və satış şöbəsi (Sales & Marketing);

–       kadrlar şöbəsi (HR)

–       maliyyə və mühasibat şöbəsi (Accounting);

–       mühəndis istismar şöbəsi (Building Administration).

        İş yerləri

  1. Aristokrat Travel Azerbaijan
  2. Azərbaycan Dövlət Turizm Agentliyi
  3. Ismytravel Turizm Agentliyi
  4. The Landmark Hotel Baku
  5. Baku Boulevard Hotel
  6. Skycamp  travel
  7. Khazar travel
  8. Fairmont Baku, Hotels & Residences
  9. River Side
  10.  Kur Hotel