Screen Shot 2016-04-20 at 9.55.39 AM

Züleyxa Əyyubova

Pedaqogika, Psixologiya, Kimya-Biologiya və Tibbi Xidmətin Təşkili Fənn Birliyi Komissiyasının Sədri

Əyyubova Züleyxa Avdın qızı, 09.11.1958-ci il tarixində Ağdam rayonunda anadan olmuşdur. 1965-1975-ci illərdə Ağdam rayon Güllücə kənd orta məktəbini bitirmişdir. 1984-1986-cı illərdə Şuşa Mədəni-Maarif texnikomunda Kitabxana və informasiya təminatı ixtisasında təhsil almışdır. 1986-1991-ci illərdə Ağdam rayonu H.Hacıyev qəsəbəsinin uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. 1991-1993-cü illərdə Şuşa şəhəri 2 nömrəli uşaq bağçasında tərbiyəçi müəllim vəzifəsində işləmişdir. 1993-1995-ci illərdə San-Marino BEAAM Azərbaycan filialında kitabxana müdiri vəzifəsində işləmişdir. 1995-2001-ci illərdə həmin akademiyanın “Azərbaycan dili və ədəbiyyat” kafedrasında müəllim işləmişdir. 1990-1995-ci illərdə Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, Pedaqogika və psixologiya ixtisasında təhsil almışdır. 2003-cü il avqust ayının 30-undan etibarən Mingəçevir Turizm Kollecində müəllim vəzifəsində işləyir. Evlidir, 2 övladı var.

Other Members