IMG_2621

Vəsilə Hüseynova

Baş mühasib

Hüseynova Vəsilə Allahverən qızı 01.05.1975-ci il tarixində Mingəçevir şəhərində anadan olmuşdur.1981-1992-ci illərdə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirib. 1999-2004-cü illərdə Bakı şəhəri Odlar Yurdu universitetinin “Ümumi iqtisadiyyat, Maliyyə və kredit” ixtisasını bitirib. 1994–1996 Mingəçevir şəhər Laçın kooperativində baş mühasib vəzifəsində işləyib. 1996–1998-ci illərdə Mingəçevir İstehsalat kombinata haq- hesab bölməsi üzrə  mühasib vəzifəsində fəaliyyət göstərib. 2001–2002-ci ildə Mingəçevir şəhər “Doğum evi”-ndə təsərrüfat müdiri vəzifəsində işləmişdir. 2006-cı il iyunun 19-undan etibarən Mingəçevir Turizm Kollecində baş mühasib vəzifəsində işləyir. Subaydır.

AzerbaijaniEnglishRussian