Nəqliyyatda daşımaların təşkili

Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr daşınmaları optimizə etməyi, nəqliyyat vasitələrinin hərəkət rejimi və şərtlərini öyrənir, nəqliyyat daşınmalarında marşrutlar üzrə ixtisaslaşırlar. Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi həm yerli, həm də xaricişirkətlərdə çox tələbat olan ixtisasdır. Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi ixtisası qısa formada nəqliyyat logistikası adlanır. Bu ixtisas üzrə təhsilini başa vuran tələbələr logistika ilə məşğul olan şirkətlərdə, nəqliyyat müəssisələrində, elmi-tədqiqat institutlarında, layihə təşkilatlarında çalışa bilər, yol hərəkəti təhlükəsizliyi mühəndisliyi, dispetçer, dövlət inspektoru və s. kimi fəaliyyət göstərə bilərlər. Bu ixtisas üzrə təhsilini başa vurmuş tələbələr məhsulu təyinat nöqtəsinə çatdırmaq üçün hesablama, analiz aparan, ən yaxşı variantı seçən, xərci azaldıb, mənfəət yüksəldən mühəndis olacaqlar. 

 Bu ixtisasda tələbələr hansı bilik və bacarıqlara yiyələnirlər? Ümumiyyətlə, yeni ixtisasda təhsilin üstünlükləri və ixtisasın aktuallığı barədə nələrdir?

– Nəqliyyatda servis ixtisası müxtəlif nəqliyyat (hava, dəmir yolu, su və avtomobil) növlərinin istehlakçılarına xidmətlərin göstərilməsini təşkil edən və yerinə yetirən ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətidir.

Nəqliyyatda servis ixtisası servis fəaliyyətinin əsaslarının, nəqliyyat daşımaları prosesində xidmətlərin təşkili, nəqliyyatda təhlükəsizlik, nəqliyyat müəssisələrində servis obyektlərinin ekspertizası, diaqnostikası və sertifikatlaşdırılması, nəqliyyatda servisin təşkili və idarə edilməsi, nəqliyyatda risklərin və sığortanın, tarif tənzimlənməsinin dərindən öyrənilməsi ilə bağlı unikal təhsildir. Bu ixtisas çərçivəsində əldə edilmiş səriştələr sərnişin və yüklərin daşınması ilə məşğul olan istənilən nəqliyyat müəssisəsində (aeroportlarda, aviaşirkətlərdə, nəqliyyat xidmətləri satışı agentliklərində, dəmir yolu şirkətlərində, dəniz və çay vağzallarında, avtomobil nəqliyyatı müəssisələrində, nəqliyyat terminallarında, nəqliyyat-logistik mərkəzlərdə və s.) işləməyə imkan verəcək. 

Tədris proqramında tələbələrin nəqliyyat müəssisələri bazasında tədris, istehsalat təcrübələrində professional fəaliyyətin reallıqlarına lazımi qədər dərindən yiyələnməsi nəzərdə tutulur, burada tələbələr peşəkar təcrübə rəhbərlərinin nəzarəti altında nəqliyyatda servis xidmətinin strukturu, işçi prosesin məzmunu və mərhələləri ilə tanış olacaqlar, vərdişlərə yiyələnəcəklər.

Bu ixtisasın aktuallığı əhəmiyyətli dərəcədə böyükdür. Müasir qlobal nəqliyyat bazarında strateji üstünlüklərə nail olmaq üçün nəqliyyatda servis prosesinin səmərəli təşkili və idarə olunmasını təmin etmək üçün yüksək ixtisaslı kadr hazırlamaq məqsədi daşıyan yeni perspektivli təhsil proqramıdır. Alınmış təhsil məzunları müxtəlif nəqliyyat müəssisələrində və müxtəlif profilli şirkətlərdə geniş iş imkanları ilə təmin edəcəkdir.

     İş yerləri

  1. Nəqliyyat Agentliyi
  2. Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi
  3. Dövlət Avtomobil Nəqliyyatı Xidməti
  4. Marpro Logistika MMC
  5. Dəmir yolu daşımaları
  6. Dəniz yükdaşımaları,beynəlxalq yük daşımaları
  7. Multimodal daşımalar
  8. Asstra beynəlxalq hava yük daşımaları