Muzey işi və abidələrin qorunması

    Muzey işində ixtisas dedikdə ilk öncə göz önünə muzeyşünas gəlir. Muzey işinin isə elmi-nəzəri əsaslarını “muzeyşünaslıq” öyrənir. Muzeyşünaslıq – muzeylərin yaranması, muzey fəaliyyətinin elmi-tədqiqi, ictimai mərhələləri, nəzəri əsasları, metodu, metodoloji əsasları, qanunauyğunluqları, qanunları və prinsiplərindən bəhs edən elmdir. Muzey işi-elmi, mədəni-mənəvi və estetik tələbatın ödənilməsi məqsədilə insan, onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin əldə edilməsi, qorunması, qeydə alınması, tədqiqi, təbliği və nümayişi hesab olunur. Muzeyşünaslıq,arxiv işi və abidələrin qorunması ixtisası tələbələrə muzey və tarixi-memarlıq abidələrinin qorunmasını, bərpasını öyrədir.

     Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Xalqın bilik və məlumat dairəsini genişləndirir, tarixi-mədəni incilərini qoruyur, yaşadır, təbliğ edir, sistemli tədqiqat işləri aparır. Sahə tarixə və dünya sənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.

 İxtisasın gələcəyi

     Hələ ki, dünya muzeyləri ilə müqayisədə biz muzey işində çox geridəyik. Ən zəif cəhətlərimizdən biri elm muzeyinin olmamasıdır. Bakı şəhərindəki bir neçə böyük muzeyləri və Şəki, Gəncə kimi şəhərləri çıxmaq şərtiylə, qalan rayon muzeylərinin tərtibatında hələ də “ənənəvi sovet” muzey işi metodu ilə iş qurulur. Mövzu üzrə interaktivlər animasiyalar və s. demək olar ki, yox dərəcəsindədir.

    Ölkəmizdə muzey fəaliyyəti ümumi inkişafla bağlı olduğundan, onun hərtərəfli şəkildə həyata keçirilməsi də iqtisadi, sosial, elmi, mədəni, siyasi həyatla təmasda reallaşır. Bu gün ölkəmizdə muzeylərin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu sahənin inkişafına daha çox diqqət ayrılır.

İş yerləri

  1. Muzeydə ( memorial  muzeylər və ev muzeyləri də daxildir)
  2. Qalareyalarda
  3. Dövlət tarixi bədii qoruq müəssisələrində
  4. Tarix-Memarlıq Qoruq
  5.  Milli Azərbaycan Tarixi Muzeyi