Mehmanxana, turist və sanatoriya-kurort komplekslərində iaşə və servis

İxtisasında peşə hazırlığına  uyğun olaraq, ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də təhsilini bakalavr  pilləsində davam etdirməyə hazır olmalıdır.

-mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində,  təşkilatlar, idarələr, müəssisələr, birliklər,  turizm və sanatoriya-kurort kompleksləri, kempinqlər, mehmanxanalar, motellər və s. işləyə bilər.

– mövcud qaydalara riayət olunmaqla, servis xidməti sahəsinin işçisi kimi turizm və sanatoriya –kurort komplekslərində, mehmanxanalarda, istirahət mərkəzlərində, restoranlarda, turizm firmalarında  və s. bu kimi sahələrdə çalışa bilər.

Hansı peşə kompetensiyalarına yiyələnməlidir ?

-öz ixtisasının mahiyyətini və sosial mənasını bilməli, ona davamlı maraq göstərməli ;

-öz peşə fəaliyyətini təşkil etməyi, vəzifə borcunun yerinə yetirilməsi üçün  müxtəlif üsulları seçməyi, onların effektivliyini və keyfiyyətini qiymətləndirməyi bacarmalı

-standart və qeyri – standart şəraitlərdə qərar qəbul etmək və ona cavabdeh olmaq bacarığına malik olmalı

-peşəsinə dair biliklərin artırılması və şəxsiyyət kimi formalaşması üçün bu məsələlərə aid məlumatları toplamaq və onlardan səriştəli istifadə etmək qabiliyyətinə malik olmalı

-peşə fəaliyyətinin təkmilləşdirilməsi üçün informasiya – kommunikasiya texnologiyalarından istifadə etmək bacarığına malik olmalı

-turizm sahəsində  baş verən dəyişiklikləri və yenilikləri öz işində tətbiq etməyi;  ixtisas   sahəsinə dair çıxan yeni standartların tərtibini, araşdırılmasını və nəticə çıxarılmağı bacarmalı

-turist, sanatoriya-kurort komplekslərində çevik, müasir tələbə uyğun fəaliyyətin təşkili və tətbiqini bilməlidir       

-müstəqil olaraq, peşəkar və fərd kimi inkişaf məsələlərini müəyyənləşdirməli, öz biliyini artırmaq istiqamətində fəaliyyət göstərməli, ixtisasının artırılmasını planlaşdırmalı

-dünya standartlarına müvafiq turistlərə xidmətin təşkili, metod və formaları

-mehmanxana və turist komplekslərində servis xidmətinin əhalinin məşğulluq probleminin həllində, iqtisadi əlaqələrin yaradılmasında  rolu

-turist, mehmanxana təsərrüfatında iaşə xidmətinin təşkili

Bilməlidir:

-xalqlar arasında mədəniyyət və iqtisadiyyatın inkişafında mehmanxana, turist və kurort komplekslərinin  rolunu; mehmanxana, turist komplekslərinin təqdimatına görə qruplaşdırılmasını; binalarda təmizlik qaydalarının tətbiq etmə üsullarını; qonaqların qəbulu, etik davranış qaydalarını;  xarici turistlərin və qonaqların qəbulu və onlara göstərilən xidmətin təşkilini; tələbə əsasən otaqların seçilməsini və qonaqların yerləşdirilməsi texnologiyasını; peşə standartlarına və peşə etik məcəlləyə müvafiq vəzifə borcunun icrasını; peşə etikasının aktual məsələlərini, masa arxasında etiket qaydalarını; salamlaşma və onun növlərini; müraciət formalarını; nəzakət, təbiilik, ləyaqət, mərifət, ünsiyyət;  nitq etiketi; münaqişələr; rəsmi görüşlərin təşkili və keçirilməsi qaydalarını; peşəkarlıq qaydalarını, mikrobiologiyanın əsas anlayış və terminlərini; mikroorqanizmlərin təsnifatını; mikroorqanizmlərin əsas qrup-larının morfologiya və fiziologiyasını; mikroorqanizmlərin irsiyyətinin genetik və kimyəvi əsaslarını və dəyişkənliyin    formalarını; təbiətdə maddələr dövranında mikroorqanizmlərin rolunu; torpaq, su və havanın mikroflorasının xarakteristikasını; saprofit və patogen mikro-orqanizmlərin xüsusiyyətlərini; əsas qida infeksiyalarını və qida zəhərlənmələrini; qida sənayesində mikrobioloji çirklənmənin mümkün mənbələrini, onların inkişaf şəraitini; xammal və hazır məhsulun xarab olmasının qarşısını alma metodlarını; mikrobioloji nəzarətin sxemini;

 Bacarmalıdır:  peşə fəaliyyətini təşkil etməyi, müxtəlif üsullar seçmək və qiymətləndirməyi; peşə fəaliyyətində kompüter, informasiya kommunikasiya texnologiyalarından istifadə etməyi;  kollektivə rəhbərlik etmək, iş yoldaşları ilə səriştəli davranma; peşə vəzifələrini əxlaqi normalara və xidməti etikaya  uyğun yerinə yetirməyi. Mürəkkəb xörəklər üçün yarımfabrikatların hazırlanmasında istehsal ləvazimatlarının, texnoloji avadanlıqların seçilməsi və təhlükəsizliyini; iaşə məhsullarının emalında, yarımfabrikatların hazırlanmasında və formalanmasında texnoloji avadanlıqlardan  istifadəni; kulinar məmulatların hazırlanmasında istilik avadanlıqlarından  istifadəsini; avadanlıqların yuyulub təmizlənməsi üçün hissələri qismən açıb-yığmağı; mexaniki avadanlıqlarda işləməyi, işə salıb saxlamağı və iş rejiminə nəzarət etməyi;

-mürəkkəb iqtisadi məsələlərin həll edilməsi və doğru qərarların verilməsi bacarıqlarının sistemli bir şəkildə inkişaf etdirilməsini və müasir tələblərə uyğun olaraq, lazımı marketinq üzrə biliklərin peşə sahəsinə tətbiqini; iqtisadihüquqi sənədlərlə fəaliyyəti; işguzar əlaqələrin nəzəri və praktiki aspektlərini araşdırmağı; xidmət və ticarət müəssisələrində bazarın idarə edilməsini; bazar iqtisadiyyatına keçid şəraitində menecerin xidmət sahəsindəki fəaliyyətinin planlaşdırılmasını;