İaşə müəssisələrinin servisi

“İaşə müəssisələrinin servisi” ixtisası ölkə ərazisində müstəqil və ya hansısa müəssisələrin nəzdində olan iaşə müəssisələrində xidmətin təşkili və idarə olunması üzrə ixtisaslı kadrlar yetişdirir.

Bu ixtisası bitirənlər harada işləyə bilər?

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində, təşkilatlar, idarələr, müəssisələr, birliklər,  turizm və sanatoriya-kurort kompleksləri, kempinqlər, mehmanxanalar, motellər və s. işləyə bilər.
  • mövcud qaydalara riayət olunmaqla, servis xidməti sahəsinin işçisi kimi turizm və sanatoriya–kurort komplekslərində, mehmanxanalarda, istirahət mərkəzlərində, restoranlarda, turizm firmalarında və s. bu kimi sahələrdə çalışa bilər.

Bu ixtisası bitirən nə iş görür?

  • İctimai iaşə müəssisələrində servis işi
  • Qonaqların qarşılanması və servisin təşkili
  • Qidaların və içkilərin təqdim olunması
  • Müəssisənin təmizlik və gigiyena qaydalarına riayət etməsi

Kompetensiyalar

  • mehmanxana və turist komplekslərində servis xidmətinin əsasları
  • mehmanxana təsərrüfatında informasiya və xidmətlərə olan tələbatın təsnifatı 
  • müəssisənin idarə edilməsində və fəaliyyətində menecerin fəaliyyəti
  • xidmət sahələrində işguzar danışıqların aparılması qabiliyyəti
  • ölkəyə xarici turistlərin cəlb edilməsi üçün reklam təşkilatları ilə birgə fəaliyyət
  • kompüter, informasiya kommunikasiya texnologiyalarından istifadə etməyi;
  • kollektivə rəhbərlik etmək, iş yoldaşları ilə səriştəli davranma;
  • peşə vəzifələrini əxlaqi normalara və xidməti etikaya uyğun yerinə yetirməyi;

İxtisasın gələcəyi

 İnsanların, turistlərin və qonaqların qidalanmaya və ya yaxşı istirahət etməyə ehtiyacı olduğu müddətcə “iaşə müəssisələrinin servisi” mütəxəssislərinə daima ehtiyac vardır.