ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir


Hər tədris ilində olduğu kimi 2011/2012-ci tədris ilinində də Mingəçevir Turizm Kollecinin tədris qrupları arasında bilik yarışları təşkil olunmuşdur. Səkkiz komandanın iştirak etdiyi bu yarışlar üç turdan ibarət olmuşdur. Yarışların I və II turları dekabrın 7 və 13-ü tarixlərində keçirilmişdir. Birinci turda Bİ-4, Rİ-3, NT-3 və TXT-18 qruplarından təşkil olunmuş komandalar iştirak etmişlər. İkinci turda isə bilik yarışı MUİ-3, İ-16, TMT-5 və MT-4 qruplarının komandaları arasında keçirilmişdir. Dekabrın 14-də isə illik iki mərhələnin qalibi olmuş 4 komandanın iştirakı ilə final müsabiqəsi keçirilmişdir. Bilik yarışına kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Əşrəf Əsgərov, fənn müəllimləri Rəsul Məmmədov, Nail Sadıqov və Çinarə Məmmədovadan ibarət münsiflər heyəti rəhbərlik etmişdir. Yarışın final mərhələsində TMT-5 qrupunun komandası bütün komandalardan daha fəal iştirak etmişdir, sualların çoxunu doğru cavablandıran bu komanda münsiflər heyəti tərəfindən 70 balla qiymətləndirilmiş və yarışların qalibi adını qazanmışdır. MT-4 qrupunun komandası isə 50 bal toplayaraq bilik yarışını ikinci yerdə başa vurmuşdur. Yarışın qalibləri Mingəçevir Turizm Kollecinin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunacaqdır.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2909

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.

Bilik yarışı
2015/2016-cı tədris ilində MTK-da müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının keçirilməsi nəzərdə tutulmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci