ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “31 Mart Soyqırımı bəşəri cinayətdir” adlı konfrans keçirilib

31 Mart Azərbaycanlıların Soyqırımı Günü Mingəçevir Turizm Kollecində silsilə anım tədbirləri ilə qeyd olunub.


Kollec kitabxanasında  soyqırım və deportasiya qurbanlarının xatirəsinə həsr olunmuş  kitab sərgisi təşkil olunub, qanlı hadisələrdən bəhs edən film nümayiş etdirilib, tələbələr arasında rəsm, inşa  və ən nümunəvi divar qəzeti nominasiyası üzrə müsabiqələr keçirilib, eləcə də  dəyrimi masa ətrafında vətənpərvər müzakirələr aparılıb. Nəhayət tədbirlər silsiləsi rəsm sərgisi və elmi -nəzəri konfransla yekunlaşıb.
Konfrans iştirakçıları öncə tələbələrin əl işlərindən ibarət rəsm və əl işləri sərgisinə baxış keçirib. Sərgidə xalqımızın başına əsrlər boyu mənfur ermənilər və havadarları tərəfindən gətirilmiş faciələrə dair məzmunlu nümunələr təqdim edilib. İştirakçılar həm də soyqırım mövzusunda sənədli filmə baxış keçirib. Daha sonra   “31 Mart Soyqırımı  bəşəri cinayətdir“ adlı elmi-nəzəri konfrans öz işinə başlayıb.
Konfranda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Ardınca   ötən əsrin əvvəllərində azərbaycanlıların başına gətirilmiş faciələr barədə  ətraflı məlumat verib. Əyyub Əyyubov  erməni  cinayətləri haqqında təkzibolunmaz faktlarla dünyaya hayqıran azərbaycan  xalqının haqqın yanında olduğunu bildirib:
“Biz  xalq olaraq  əsrlər boyu erməni  cəlladlarının fitnə-fəsadına, qətliamına və deportasiya siyasətinə məruz qalmışıq. Bakı, Şamaxı, Quba qırğınları azərbaycanın digər bölgələrində də davam etdirilib. Hətta sovetlər dönəmində qərbi Azərbaycandan olan soydaşlarımız doğma yurd yerlərindən deportasiya edilib. Ən son dönəmdə başımıza Xocalı müsibəti gətirilib. Bu o deməkdir ki, erməni cinayətləri sərhəd tanımır və  bundan sonra da tanımayacaq. Biz  düşmən önündə birliyimiz və iradəmiz sayəsində hər zaman haqlı və güclü durumda olacağıq. Vaxtilə ulu öndər Heydər Əliyev belə bir təqvimə xüsusi status verməklə bizi bu birliyə dəvət etmək məqsədi güdüb. Artıq nəticələri də göz önündədir. Dünyanın əksər dövlətləri yetərli təbliğatımız sayəsində erməni faşizminin iç üzünü görməyə başlayıb. Təbii ki, bu işdə prezident cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun, xaricdəki diaspora təşkilatlarımızın önəmli rolu var.”
Daha sonra soyqırım mövzusunda sənədli film nümayiş olunub. Ardınca konfransda digər məruzələr dinlənilib. Pedaqoqlar Elmira Rəhimova, Sevda Kərimova və  Aygül Rəhimova müvafiq olaraq  “1918-ci il Qubada mart qırğınları”, “31 Mart soyqırımı insanlıq əleyhinə yönəlmiş  qəddar cinayətdir” və  “Ölkəmizdə 31 Mart Soyqırımı qurbanlarının xatirəsi unudulmur” adlı məruzələrlə çıxış edib.
Çıxışlar başa çatdıqdan sonra professor Əyyub Əyyubov iştirakçı gənclərin soyqırımla bağlı çoxsaylı suallarına aydınlıq gətirib.
Konfrans tələbə özfəaliyyət qrupu fəallarının təqdim etdiyi  ədəbi bədii kompozisiya ilə başa çatıb.
 

 
Əlavə edilmə tarixi: 02.04.2018   |   Baxılma sayı: 373

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir,dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirimi masalar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb.

Mingəçevir Turizm Kollecində “Bilik Günü” qeyd olundu.

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci