ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Novruz şənliyi keçirilib

Mingəçevir Turizm Kollecinin kollektivi milli əlamətdar təqvimlərin bəzəyi hesab edilən Novruz bayramını böyük coşqu ilə qeyd edib.


Milli  rəmzi xüsusiyyətlər  və  Novruz elementləri  ilə tərtib edilmiş kollec meydanında bir araya gələn tələbə, müəllim, valideyin və digər dəvətli qonaqlar saatlar ərzində bayram tonqalı ətrafında unudulmaz anlar yaşayaraq bayramın keyfini çıxarıb. Şux rəqslər, milli və müasir musiqilər, poetik nümunələr, Novruz inancları ilə bağlı səhnəciklər, Novruzun rəmzləri olan Keçəl, Kosa, Bahar qız və Qorqud atanın bayram təbrikləri şənliyin ovqatını yüksəldərək  tədbirdə əsl bayram coşqusu yaradıb.
 Kollektivi və  tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  ən xoş arzularını paylaşıb. Novruzun milli ruhumuzda dərin kök saldığını xatırladan ünlü elm adamı Novruzun  oyanış, gözəllik, təravət, bolluq, birlik və sevgi bayramı olduğunu bildirib:
“Novruz adətləri  tarixin dərinliklərinə  uzanır. Elə zamanlar  olub ki, dəyərlərimizə göz dikənlər Novruzun bayram edilməsini belə yasaqlayıb. Amma yenə də xalqın Novruz sevgisini köksündən qoparmaq mümkün olmayıb. Azərbaycan yenidən  müstəqilliyinə qovuşduqdan sonra isə  məhdudiyyətlər də aradan qaldırılıb. Xüsusilə də vaxtilə ulu öndər Heydər Əliyevin imzaladığı Fərman və Sərəncamları  adət-ənənələrimizin yaşadılması və  dünyaya təqdim edilməsi  üçün o günlər olduğu kimi bü gün də xüsusi önəm daşıyır.
Çox təəssüflə deyirik ki, torpaqlarımızın bir hissəsi  işğal altındadır və illərdir ki, həmin yurd yerlərimiz Novruz şənliklərinə həsrət qalıb. Amma etiraf edək ki, o yerlərimizə dönəcəyimiz günə inanmımız günbə-gün artır. Çünki,  ldən ilə Azərbaycan iqtisadi və hərbi cəhətdən  güclü, yenilməz məmləkətə çevrilir. Artıq Ali Baş komandan prezident İlham Əliyevin  bir əmri yetərlidir ki, torpaqlarımız düşmən tapdağından qurtulsun. Necə ki, biz bunların   ordumuzun məlum aprel döyüşlərində şahidi olduq.
Yeri düşmüşkən cənab prezidentin bu yaxınlarda Mingəçevirə gəlişi hər kəsdə  böyük sevinc və ruh yüksəkliyi yaratdı. Fərəhli haldır ki, dövlət başçısının doğma şəhərimizə olan qayğısı quruculuq işlərinə müsbət təsiri ilə yadda qalır. Açılan yeni müəssisələr tələbələrimiz  üçün də yeni karyera perspektivləri yaradır.
Qeyd etmək istəyirəm ki, ötən bayramdan keçən bir il ərzində  kollecimizin uğurları da artıb. Eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində yeni dostlar və tərəfdaşlar qazanmışıq. Bu əlaqələr ümümi  naliyyətlərimizə yetərli töfhə verəcək. Mən  yeni dönəmdə hər bir əməkdaşımıza, tələbəmizə və ümumən cənab prezidentimiz İlham Əliyev başda olmaqla  bütün xalqımıza  böyük uğular diləyir və Novruz bayramınız mübarək olsun deyirəm”.
Qeyd edək ki, Növruz təəamları ilə bəzədilmiş  süfrə arxasında şənlik iştirakçıları təbrik və  şux zarafatlar içində bayramlaşıb. Eyni zamanda  meydanın müxtəlif hissələrində qurulmuş guşələrdə qədim əmək və məişət  alətləri, milli geyimli oğlan və qızlar iştirakçıların təəssüratlarını daha da zənginləşdirib.
Keçəl və Kosanın zarafatları xeyli əyləncə yaradıb.Qorqud ata və Bahar qızın təbrikləri meydanı coşdurub. Rəqslər və ifalar biri-birini əvəz edib. Xalq oyunlarından olan kəndirdartışması, dirədöymə, milli geyimli qızların Novruz inanclarından bəhs edən səhnəcikləri xoş ovqat yaradıb.
Qeyd edək ki, şənlik ərzində kollec həmkarlar təşkilatının rəhbərliyi, aparıcı mütəxəssislər, pedaqoq və tələbələr də çıxış edərək bayram təbriklərini ifadə edib.
Bayram şənliyində həmçinin  Novruz münasibətilə təşkil olunmuş idman turnirləri və müsabiqə qalibləri təltif olunub.
Ən undulmaz və maraqlı anlardan biri də kollec rəhbərliyinin bayram süfrələrini dolaşaraq iştirakçılarla salamlaşması olub.
Nəhayət Qoqrqud atanın müşayəti ilə Novruz tonqalı alovlandırılıb. Kollektiv əl-ələ və çiyin-çiyinə bayram tonqalı ətrafında Yallı gedərək Novruzun  həm də milli birlik rəmzi olduğunu qürurla nümayiş etdirib.
 

 
Əlavə edilmə tarixi: 18.03.2018   |   Baxılma sayı: 421

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir,dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirimi masalar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb.

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Mingəçevir Turizm Kollecində “Heydər Əliyev İslam Həmrəyliyliyi İdeyasının Müəllifidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə baş tutan tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin məqsədi barədə məlumat verib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci