ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin kollektivi ümumşəhər Novruz şənliyində iştirak edib

Mingəçevir ictimaiyyəti milli ruhumuzun aynası olan Novruz bayramını təntənə içində qeyd edib. Şəhərin təhsil və mədəniyyət qurumları tərəfindən tərtib olunmuş bayram guşələri Səməd Vurğun meydanında toplaşan minlərlə insanın qəlbində xoş ovqat yaradıb.


Novruzun obrazlaşdırlmış rəmzləri, incəsənət xadimləri, idmançı və kəndirbazların iştirakı ilə əsl bayaram ab havası yaşanıb. Bayram tonqalı ətrafında coşqulu mahnı və rəqslər ifa olunub.
Ümumşəhər şənliyi Mingəçevir Turizm Kolleci üçün iki qat əlamətdar hadisə olaraq yadda qalıb. Çünki kollec bu tədbirdə ən iri bayram guşəsi ilə təmsil olunub. Belə ki, guşədə 100-dən çox eksponat, o cümlədən rəsm əsərləri, Novruz xonçaları, həmçinin baharın gəlişini və Novruzu tərənnüm edən çox saylı tərtibat vasitələri təqdim edilib. Milli geyimli pedaqoq və tələbələr, qədim əmək və məişət əşyalarının nümayişi də guşəni seyr edən tədbir iştirakçılarında unudulmaz təəssürat oyadıb. Əlbəttə ki,  kollektivi ziyarət edən şəxslər arasında Mingəçevir şəhər İcra hakimiyyəti başçısı Niyazi Bayramov,  hüquq mühafizə orqanlarının rəhbərləri və onları müşayət edən şəxslərlə keçirilən görüş xüsusi olaraq diqqət mərkəzinə düşüb. Şəhər rəhbərliyini salamlayan Mingəçevir Turizm Kollecinin direktoru  iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov   kollecin son uğurları, şənlikdə təmsilıçilik guşəsi və eksponatlar barədə ətraflı məlumat verib. Onun müşayəti lə qonaqlar  istedadlı tələbə gənclərin əl işlərindən ibarət rəsm və əl işləri sərgisinə və digər eksponatlara baxış keçirib.
Daha sonra  milli geyimli tələbələr şəhər rəhbərliyinə və onu müşayət edən şəxslərə  kiçik musiqili bayram kompozisiyası nümayiş etdirib. Milli musiqilər ifa olunub, poetik nümunələr ifa olunub.
Kollec tələbələri tərəfindən nümayiş olunan xalq oyunları,  əyləncəli xoruz döyüşü və digər bayram proqramı izləyənlərdə böyük maraq doğurub. İcra Hakimiyyəti başçısı Niyazi Bayramov görüb duyduğlarından məmnuniyyət hissi duyduğunu  bildirərək kollektivə Novruz bayramı münasibəti ilə ən xoş arzularını çatdırıb. Bir sözlə kollektiv Mingəçevirdə keçirilən ümumşəhər tədbirində   uzun müddət hafizələrdən silinməyəcək təəssüratlarla ayrılıb.
Qeyd edək ki, Mingəçevir Turizm Kollecinin kollektivi   bayram tədbirində təkcə təmsilçiliklə kifayətlənməyib.Ayrı-ayrı fəal tələbələr şənliyin bədii proqramının hazırlıq prosesində və nümayişində ən fəal şəkildə istifadə edib.

 
Əlavə edilmə tarixi: 18.03.2018   |   Baxılma sayı: 123

                                

Paylaş      

SON BAXILANLAR

Respublika günü münasibəti ilə qruplararası futbol yarışının keçirilməsi

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci il dönümünə həsr olunmuş K o n f r a n s

Prof. Ə.A.Əyyubovun “Ağdam özü özlüyündə bir dünya idi” adlı müsahibəsi dərc olunub.

Dövlət müstəqilliyi günü qeyd olundu
Kollecdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 23-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci