ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Pedaqoji heyətinin və tələbə kontingentinin əksəriyyəti gənc mütəxəssis xanımlardan və tələbə qızlardan ibarət olan kollektiv təbriklərin ağuşunda və xoş anlar içində unudulmaz təəssüratlar yaşayıb.


 Tədbirdə təbrik nitqi ilə  çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  kollecin davamlı olaraq əldə etdiyi  uğurlarda qadın əməkdaşların və istedadlı tələbə qızların böyük əməyi olduğunu qeyd edib:
“Bu danılmaz  sevindirici faktdır ki, qadın pedaqoqlarımız naliyyətlərimizdə nəzərəçarpan pay sahibidir. Hətta bəzi sahələrdə kişi həmkarlarını da üstələdiklərinin şahidi oluruq. Ən əsası isə bu mütəxəssislərin böyük əksəriyyəti gənc,  bacarıqlı pedaqoqlardan ibarətdir. Bu isə  həmin mütəxəssislərin qarşıdakı dönəmdə  kollecimizə yeni perspektivlər vəd etdiyini göstərir.”
Qadınların cəmiyyətin  förmalaşmasında üzərinə iki qat məsuliyyət düşdüyünü xatırladan professor Əyyub Əyyubov  xanımları cəmiyyətin  şərəfi, əsas sütünu, bu günü  və gələcəyi  olaraq xarakterizə edib.
“Təkcə ana, bacı, övlad, nənə, gəlin, həyat yoldaşı missiyası ilə kifayətlənməyən qadınlarımız həm də fəal şəkildə müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində yüksək fədakarlıq nümayiş etdirir. Əslində onları  bu fədakarlığa sövq edən əsas səbəb  Azərbaycan qadınına verilən yüksək dəyər və  göstərilən etimaddır. Bəli bu gün ölkəmizin  birinci vitse prezidenti Mehriban Əliyevanın timsalında biz dəyərli xanımlarımızın nələrə, hansı yüksək potensiala  qadir olduğunun şahidi oluruq. İnanıram ki, Azərbaycan qadının cəmiyyətdəki yeri və rolu gələcəkdə indikindən daha da  artıq olacaq. Bu yolda birinci vitse prezidentimiz Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarına  uğurlar arzulayıram.”
Daha sonra çıxış edən digər aparıcı mütəxəssislər qadın həmkarları ilə bağlı fikirlərini paylaşıb. Kollecin Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov,  İnsan resursları  şöbəsinin müdiri Tacəddin Əyyubov, təşkilatçı pedaqoq Əşrəf Əsgərov  və başqaları  qadınların fəaliyyətindən danışıb, naliyyətləri haqda məlumatları paylaşıb. Eyni zamanda həmkarlar təşkilatı xəttilə bundan sonra da qadın əməkdaşların sosial qayğılarının diqqət mərkəzində saxlanılacağı vurğulanılıb.
Öz növbəsində kollecin rəhbərliyində təmsil olunan qadın mütəxəssislər – Çinarə Abdullayeva, Aynurə Abbasova, Xanım Məmmədova, Şahzadə Şükürova və digərləri çıxış edərək kollektivin qadın əməkdaşlarına  göstərilən daimi diqqətə görə kollec rəhbərinin ünvanına ən xoş sözlərini çatdırıb. Qeyd olunub ki, 8 mart həm də kollecin direktoru dəyərli professor Əyyub Əyyubovun ad günü kimi  kollektivinn üzvləri üçün əlamətdardır:
“Belə bir ziyalı,elmli və təşkilatçı rəhbər şəxslə çalışmaq hər birimiz üçün qürurvericidir.”
Daha sonra  pedaqoji fəaliyyətdə və təhsildə fərqlənən bir qrup pedaqoq və tələbəyə bayram münasibətilə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
 

 
Əlavə edilmə tarixi: 11.03.2018   |   Baxılma sayı: 272

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.

Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.
5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib
“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.

Bilik yarışı
2015/2016-cı tədris ilində MTK-da müxtəlif ixtisasları təmsil edən qruplar arasında bilik yarışının keçirilməsi nəzərdə tutulmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci