ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





1 Mart Ümumdünya Mülki Müdafiə günü

1 Mart Ümumdünya Mülki Müdafiə günü ilə bağlı Mingəçevir Turizm Kollecində də maarifləndirmə xarakterli tədbirlər keçirilmişdir.


Əvvəlcə kollecin  həyətində  Qızıl  Aypara  Cəmiyyətinin Mingəçevir İcra Hakimiyyətinin “Mərkəzi  Aran”  MM təşkilatının, Mingəçevir MM şöbəsinin, Mingəçevir Turizm Kollecinin həkim və müəllimlərinin iştirakı  ilə  təlim  keçirilmişdir. Təlimdə kollec tələbələri öz bacarıqlarını nümayiş etdirmişlər.

      Təlimdə həmçinin tələbələrə “Fövqaladə halların başvermə səbəbləri, onlardan mühafizə üsulları” mövzusunda məlumatlar verilmişdir.

    Daha sonra tədbir  Mingəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji mərkəzində təşkil olunan konfransla davam etdi.

     Konfransda kollecin  Mülki Müdafiə qərargahı rəisi Ağa Alıyev “Mülki Müdafiə  və  milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda  kollecin tibb müəllimi Şəms Məmmədova “Fövqəladə hallar zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi” mövzusunda, Qızıl Aypara Cəmiyyətinin maliyyə meneceri Dilguşə Ahəngarı “Mülki Müdafiə zamanı Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti” mövzusunda məruzələrlə  çıxış etmişlər.

     Yekun söz olaraq Mingəçevir Turizm Kollecinin bədii- kütləvi tədbirlərin təşkilatçısı  Əşrəf Əsgərov çıxış edərək mülki müdafiə sahəsində biliklərin daim diqqət mərkəzində saxlanmasının və  bu biliklərin mütəmadi olaraq tələbələrə aşılanmasının vacibliyini vurğuladı.

 


 
Əlavə edilmə tarixi: 02.03.2018   |   Baxılma sayı: 251

Paylaş      

SON BAXILANLAR

Kollecdə görüş.

Mingəçevir Turizm Kollecinin kollektivi “Şəhər günü” tədbirlərində

Prof. Ə.A.Əyyubovun “Ağdam özü özlüyündə bir dünya idi” adlı müsahibəsi dərc olunub.

Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.

Европейская Академия Естественных Наук ......ПОЗДРАВЛЕНИЕ!
http://www.eanw.org

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci