ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi “ mövzusunda konfrans keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına müvafiq olaraq Mingəçevir Turizm Kolleci növbəti mötəbər yubiley tədbirinə ev sahibliyi edib


“Dahi bəsəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi”  mövzunda keçirilən elmi-nəzəri konfrans  həftələrdir ki, görkəmli bəstəkarın 100 illik yubleyi münasibəti ilə keçirilən silsilə tədbirlərin zirvə nöqtəsi olaraq yadda qalıb. Qeyd edək ki, göstərilən müddətdə pedaqoq və istedadlı tələbələrin iştirakı ilə  baş tutmuş  kitab sərgisi, intelektual bilik yarışması, inşa və rəsm müsabiqəsi, eləcə də şahmat turniri maraqlı təəssüratlara yol açıb. Eyni zamanda Qara Qarayev yaradıcılığının öyrənilməsi və təbliği baxımından  xüsusi əhəmiyyət daşıyıb. 100 illik yubiley təntənəsinin yekun tədbiri olaraq nəzərdə tutlmuş elmi-nəzəri konfrans da bu mənada önəmli və unudulmaz cizgiləri ilə yadda qalıb.
Öncə konfrans iştirakçıları görkəmli bəstəkarın yaradıcılığına həsr olunmuş rəsm və əl işləri sərgisinə baxış keçirib. Sərgi təşkilaçıları və  gənc müəlliflərlərlə maraqlı  yaradıcı dialoq qurulub. Ardınca elə sərgi məkanında  quraşdırılmış xüsusi monitor vasitəsi ilə dahi bəstəkar Qara Qarayevin ömür yolundan bəhs edən sənədli filmə baxış keçirilib.
Daha sonra iştirakçılar “Dahi bəstəkar Qara Qarayevin dünya incəsənətində mövqeyi” mövzusunda  keçirilən elmi-nəzəri konfransda bir araya gələrək elmi-yaradıcı müzakirələr aparıb. Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinin Mingəçevir Turizm Kollecində təntənəli şəkildə qeyd olunmasının təhsil müəssisəsinin həyatında unudulmaz tarixi hadisə olduğunu bildirib:
“Elə şəxsiyyətlər var ki, xalqına, dövlətinə, hətta bəşəri dəyərlərə verdiyi xidmətlərinə  görə tarixi simalar sırasında  əbədilik qazanır. Bu mənada dahi bəstəkar Qara Qarayev təkcə Azərbaycan deyil, bütövlükdə dünya mədəniyyətinin və incəsənətinin  qızıl fonduna daxil olan yaradıcı şəxsiyyətlərdən biridir. Milli, klasik, müasir musiqi janrlarının dərin bilcisi, görkəmli bəstəkar, ünlü drijor, böyük pedaqoq, musiqi dünyasının tanınmış tədqiqatçı akademiki kimi şərəfli  yaradıcı ömür yolu keçmiş Qara Qarayevin xidmətləri undulmazdır. Avropa, Asiya, Amerika qitəsində verdiyi  möhtəşəm konsertlər, əsərlərinin təqdimatı, tanınmış münsif kimi  beynəlxalq festifallarda iştirakı onu ölməz sənətkar kimi tarixin hafizəsinə həkk edib. Milli musiqininin avropa musiqisinə uğurlu inteqrasiyası kimi dəyərləndirilən əsərləri, xüsusi ilə də Yeddi gözəl, İldırımlı yollarla baleti və digər əsərləri  sənət inciləri kimi ürəkləri fəth edib. layiq görüldüyü mükafatlar və fəxri adlar sərhəd tanımayıb. Belə bir görkəmli şəxsin Azərbaycan xalqının övladı olması iki qat qürurverici faktdır. Onun biri-birindən  dəyərli əsərlərini, tədqiqat işlərini öyrənib öyrətmək biz pedaqoqlar üçün baş ucalığına çevrilməlidir.”
Daha sonra konfransda  növbəti dəfə Qara Qarayev yaradıcılığına həsr olunmuş video çarx nümayiş olunub. Ardınca  konfrans iştirakçılarının  digər maraqlı məruzələri dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova, Aybəniz Əliyeva və  Əşrəf Əsgərov  müvafiq olaraq “Qara Qarayevin ölməz irsi”, “Qara Qarayevin kamera və vokal əsərləri”, “Musiqi ilə xalqları yaxınlaşdıran bəstəkar”, həmçinin “Qara Qarayevin həyat və yaradıcılığı” mövzularında  çıxış edib.
Konfrans mükafatlandırma mərasimi  ilə davam etdirilib. Dahi bəstəkarın 100 illik yubileyi münasibəti ilə kollecdə təşkil olunmuş əl işləri  və inşa müsabiqələrinin, eyni zamanda şahmat turnirinin və intelektual bilik yarışmasının qaliblərinə fəxrifərmanlar təqdim olunub. Kollecin istedadlı tələbələri Kazımov  Kənan Hafiz oğlu, Mustafayeva Aygün  Akif qızı, Paşazadə İlahə Rizvan qızı  Allahquluzadə Qənirə Mübariz qızı, Cəfərli  Pərviz  Aslan qızı , Qasımov Emin Mübariz oğlu və  Əliyev Orxan Elxan oğlu mükafatlardan nəsibini alıb. 
Mükafatlandırma mərasiminin ardınca tələbə özfəaliyyət qrupu fəalları musiqili ədəbi –bədii kompozisiya nümayiş etdirib. Kompozisiyada dahi bəstəkarın yaradıcı incilərindən nümunələr ifa olunub.
Konfransa yekun vuran professor Əyyub Əyyubov kollektiv tərəfindən təşkil olunan mədəni-kütləvi tədbirlərdə bundan sonra Qara Qarayev yaradıcılığına daha çox üstünlük verilməsini tövsiyyə edib:
“Elə əsərlər var ki, onların önəmi zaman dəyişikliyiniə görə önəmini və mahiyyətini dəyişmir. Çünki belə əsərlər ölməz əsərlərdir. Qara Qarayev yaradıcılığı  da məhz ölməz əsərlərin zəngin bir xəzinəsi kimi tanınır dünya musiqi aləmində. Biz bu əsərləri daha çox dinləməli və yetişməkdə olan nəslə sevdirməyi bacarmalıyıq.”
 

 
Əlavə edilmə tarixi: 21.02.2018   |   Baxılma sayı: 306

                                

Paylaş      

SON BAXILANLAR

Paytaxtdan bölgələrə / From capital to regions

Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib
Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

15 İyun Milli Qurtuluş Günü” qeyd edildi

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci