ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Professor Əyyub Əyyubov BMT-nin “Avropada Ali Xidmət” ordeninə layiq görülüb

Baş Ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının Sosial Mükafat Şurasından Azərbaycana müjdəli xəbər daxil olub.


. Belə ki, Mükafat Şurasının qərarı (05.12.2017-ci il tarixli № 097 saylı qərarı) ilə  Azərbaycanın dəyərli ziyalı və tanınmış  elm adamı - Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dünya elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə  “Avropada Ali Xidmət” ordeninə layiq görülüb. Qeyd etmək lazımdır ki,  kollektivin  sevincinə səbəb olan bu qərar  professor Əyyub Əyybovun da həqiqi üzvü olduğu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının müvafiq təqdimatı, Avropa elmi mərkəzlərinin rəyi və yekdil münasibəti əsasında qəbul edilib.

 Qeyd etmək lazımdır ki, bundan öncə professor Əyyub Əyyubov   BMT-nin “Ali Şərəf” ordeni, “Avropanın Əməkdar Elm və Mədəniyyət Xadimi”, Avropa Təbiət Elmləri Akademiyasının ali “Golfrid Vilhelm Leybiniz” medalı, “Böyük Cəngavər Ulduzu” Avropa medalı, “Türk dünyasının Fəxri Elm Adamı”, və digər mükafatlarla təltif olunub. Eyni zamanda Mingəçevir Turizm Kollecinin inkişafında  xidmətlərini nəzərə alan Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyi professor Əyyub Əyyubovu  Fəxri-Fərman və” Fəxri Turizm İşçisi” medalı ilə təltif edib. Respublika əhəmiyyətli digər təsisatlar da ayrı-ayrı dönəmlərdə elmin və təhsilin inkişafına verdiyi töfhələrə görə yorulmaq bilmədən çalışan dəyərli elm adamını ən mötəbər nominasiyalara layiq görüb, o cümlədən ilin “Ən Yaxşı Tədqiqatçı İqtisadçı Alimi” qızıl medalı  alimin yaradıcı bioqrafiyasında xüsusi yer tutur .

Bu günədək 24 elmi-nəzəri kitabın və dərsliyin, eləcə də 300-dən çox elmi məqalənin müəllifi olan Əyyub Əyyubov elmi yaradıcı fəaliyyətini bu gün də uğurla davam etdirir. Müəllifin  potensialının və elmi axtarışlarının nəticəsi olan  - “Biznes və iqtisadiyyat”, “Turizm və Mehmanxana təsərrüfatı adlı  dərsliklər”, səyahət və ziyarət turizmlərinə  dair  elmi –nəzəri əsərləri, elmi metodik nəşrləri və digər yaradıcı uğurları yeni  vacib istiqamətləri əhatə edir.

Professor Əyyub Əyyubovun   elmi-pedaqoji  fəaliyyətinə  yaxından bələd olmaq istəyində olanlar üçün indiyədək yetərli ensklopedik baza formalaşıb. Ayrı-ayrı dönəmlərdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası və Avropa Təbiət Elmləri Akademiyası tərəfindən dəyərli elm adamının həyat və fəaliyyətindən bəhs edən iki dəfə “Bioqrafi-Biblioqrafi” kitabları işıq üzü görüb və “Velikaya Rossiya” ensklopedik nəşrində professor Əyyub Əyyubova xüsusi bölmə ayrılıb. Üstəlik  məlumat bazası tam elektronlaşdırılıb. Qeyd etmək lazımdır ki, ən son bu cür ensklopedik nəşr ötən il Almaniyanın Hannover şəhərində işıq üzü görüb.

 Bu gün professor Əyyub Əyyubov bacarıq və səriştə ilə ölkənin ən böyük və ən genş beynəlxalq əlaqələrə malik təhsil müəssisələrindən birinə rəhbərlik edir. Həm də respublikada inkişafı prioritet elan edilmiş turizm sənayesi üçün peşəkar mütəxəssis hazırlığı həyata keçirən işgüzar bir kollektivə. Heç şübhəsiz BMT-nin bu kollektivin rəhbərini layiq gördüyü “Avropada Ali Xidmət” ordeni  pedaqoqlu tələbəli hər kəsi yeni daha böyük təhsil uğurlarına sövq edəcək. Çünki bu ali  beynəlxalq mükafat bir alimin timsalında Azərbaycan elminə, Azərbaycan təhsilinə və uğurlarının sorağı sərhəd tanımayan  Mingəçevir Turizm Kolleci kimi böyük bir kollektivə verilən yüksək qiymətdir.


 
Əlavə edilmə tarixi: 31.01.2018   |   Baxılma sayı: 84

                

Paylaş      

SON BAXILANLAR

Xocalı soyqırımının 22-ci ildönümü
Ölkənin bütün elm və tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də Xocalı faciəsinin 22-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur.

9 May Qələbə günü / May 9, Victory Day

Dekorativ tətbiqi sənət festivalı

Mingəçevir Turizm Kollecində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə hazırlıqlar davam edir.
Kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə tələbələr Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə böyük səylə hazırlaşırlar.

Mingəçevir Turizm Kolleci "Ədalət" qazetinin səhifələrində
Mingəçevir Turizm Kolleci haqqında "Ədalət" qazeti məqalə dərc etdi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci