ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib

Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.


Fənn birliklərində və dəyrimi masa ətafı tədbirlərdə aktual müzakirələr aparılıb,tələbələrin iştirakı ilə rəsm və inşa müsabiqələri təşkil edilib,ən yaxşı divar qəzetlərinin xüsusi buraxılışları kollektivə və müəssisənin qonaqlarına nümayiş olunub.

 Anım tədbirləri silsiləsinə daxil olan tələbələrin əl işlərindən ibarət sərgi və elmi- nəzəri konfrans əhəmiyyəti və diqqətə layiq məqamları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.Öncə kollec rəhbərliyinin,pedaqoq və tələbələrin iştirakı ilə rəsm və əl işləri sərgisinə baxış keçirilib.Qeyd edək ki, sərgidə  dövlətçilik ənənələrindən,xalqın mübarizə tarixindən və 20 yanvar faciəsindən bəhs edən nümunələr üstünlük təşkil edib.Eyni zamanda monitor vasitəsilə sərgi iştirakçılarına 1990-cı ilin 20 yanvar hadisələrinə həsr olunmuş videoçarx təqdim olunub.

Daha sonra “20 yanvar  faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı elmi-nəzəri konfransada bir araya gələn tədbir iştirakçıları tarixi dəlillərə istindadən əhəmiyyətli müzakirələr aparıb.

Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru –iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov  20 yanvar faciəsi qurbanlarının timsalında cəmi Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik  sükutla yad etməyi təklif edib.Bundan sonra çıxışına davam edən professor Əyyub Əyyubov Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinə dair dəyərli faktlar açıqlayıb.Sovet hərb maşını önündə yumruqları düyünlənmiş halda dik dayanan xalqın davranışını böyük qəhrəmanlıq nümunəsi adlandırıb.Əyyub Əyyubov  hadisələrin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində sərt açıqlamalarla çıxış edən, daha sonra  siyasi hakimiyətdə olduğu dönəmlərdə faciyəyə hüquqi,siyasi qiymət verilməsinə nail olmuş ümummilli lider Heydər Əliyevin iradəsi və vətənpərvərliyi önündə baş əydiklərini bildirib:

   “Xalqımızın qəhrəmanlığı və şəhidlərimizin hünəri sayəsində Azərbaycan xalqı dünyada heç də hər millətə nəsib olmayan müstəqil dövlətçiliyinə qovuşdu. Biz azadlığın necə dəyərli nemət olduğunu müstəqillik dönəmində daha dərindən anladıq. Buna görə də müstəqilliyimizin əbədi olması üçün hər cür fədakarlığa hazır olmalıyıq”

 Daha sonra konfrans iştirakçılarına qanlı  20 yanvar hadisələrindən bəhs edən növbəti sənədli film nümayiş olunub.

Qeyd etmək lazımdır ki, konfrans ərzində biri-birindən məzmunlu və aktual məruzələr dinlənilib.Pedaqoqlar Kifayət Əliyeva, Vüqar Nağıyev və Gülay İbrahimli müvafiq olaraq “Sənətində də şəhidliyində də zirvələrdə əbədiləşdi”, “20 yanvar faciəsindən 28 il ötür” və “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzularında məruzələrlə çıxış edib.Çıxışlarda dövrün siyasi reallığı,hadisələrin inkişaf mərhələləri və faciə günü ilə bağlı təkzibolunmaz faktlar açıqlanıb.

Ardınca kollec rəhbərliyi tərəfindən  rəsm və inşa müsabiqəsi qaliblərinə fəxri-fərmanlar təqdim olunub.

Konfrans ənənəyə uyğun olaraq ədəbi-bədii kompozisiya ilə davam etdirilib.Tələbə özfəaliyyət qrupu fəalları hadisələri musiqi ritmlərinin müşayəti və poetik ifadələrlə iştirakçılara təqdim edib.

Konfransa yekun vuran professor Əyyub Əyyubov gənclərin vətənpərvər ruhunun möhkəmləndirilməsi üçün pedoqoji heyətin üzərinə düşən  strateji vəzifələrdən danışıb. Hər kəsi daim Azərbaycanın şərəfli tarixi və milli dəyərləri haqqında məlumatlı olmağa və mövcud ənənələrin qorunmasında vətəndaş fəallığı nümayiş etdirməyə  səsləyib.  Bu mənada ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin Cumhuriyyət ili elan olunmasını Azərbaycan xalqının tarixinə verilən dəyərli  hadisə adlandırıb.

 


 
Əlavə edilmə tarixi: 26.01.2018   |   Baxılma sayı: 447

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.

Mingəçevir Gününə həsr olunmuş idman yarışları yekunlaşdı.
Noyabrın 13-də Mingəçevir şəhərinin 65 illik yubileyinə həsr olunmuş qruplararası mini-futbol yarışlarının final oyunu keçirildi.

Mingəçevir Turizm Kollecində Konstitusiya Günü münasibətilə geniş tərkibli elmi-nəzəri konfrans və digər silsilə bayram tədbirlər keçirilib
İnşa, rəsm müsabiqələri, dəyirmi masa ətrafı müzakirələr və ixtisas divar qəzetlərinin xüsusi buraxılışları ilə Konstitusiya Gününü şərəfləndirən çoxminli kollektiv “Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır” adlı elmi-nəzəri konfransla tədbirlər silsiləsinin zirvə nöqtəsinə yetişdi. Konfrans Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə iştirakı ilə gerçəkləşdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

Gül bayramı

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci