ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş kitab sərgisi.

Tarixi günlərin, dövlət bayramlarının, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin silsilə tədbirlərlə qeyd olunması Mingəçevir Turizm Kollecində xoş ənənəyə çevirilmişdir.


. Bu günlərdə də kollecin kollektivi Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcılarından biri olan Qara Qarayevin anadan olmasının 100 illiyi yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Görkəmli bəstəkarımızın yubileyinə həsr olunmuş müxtəlif müsabiqələr, sərgilər, konfranslar, diskussiyalar  və digər  maraqlı tədbirlər keçirilir. Mövzuya həsr olunmuş diqqətəlayiq  tədbirlərdən  biri  də kollecin kitabxanasında təşkil edilmişdir.  Kitabxana müdiri Əyyubova Pəri və kollecin ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə keçirilən kitab sərgisində  Qara Qarayevə həsr olunmuş əsərlər  nümayiş  olunurdu. Fənn müəllimləri, kollecin əməkdaşları həm əyani tədris qruplarının tələbələri, həm də hazırda qış sessiyasında iştirak edən qiyabi tələbələr sərgini ziyarət etdilər, nümayiş etdirilən  kitablarla tanış oldular. Təşkilatçılar  sərginin ziyarətçilərinə  əsərlərin  hər biri haqqında dəyərli məlumatlar çatdırdılar. Burada Qara Qarayevə həsr olunmuş bioqrafik əsərlərlə yanaşı onun yaradıcılığının təhlilinə aid məqalələrin toplandığı kitablar da var idi. İştirakçılar nümayiş olunan əsərlərə böyük maraq göstərir, kitabların hər biri haqqında sərgi iştirakçılarına maraqlı suallar ünvanlayırdılar. Gün ərzində kitab sərgisi müəllimlərin və tələbələrin əksər hissəsi tərəfindən ziyarət olundu. Kitabların sadəcə nümayiş olunması ilə məhdudlaşmayan və maraqlı fikir  mübadiləsi şəraitində keçən sərgi iştirakçılarda xoş təəssüratlar yaratdı.


 
Əlavə edilmə tarixi: 18.01.2018   |   Baxılma sayı: 304

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi
Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.

Mingəçevir Turizm Kolleci: Növbəti tədbir uşaq nevroloji sanotoriyasına gerçəkləşdi.

Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib
Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib.

Mingəçevir Turizm Kollecin 20 Yanvar mövzusunda açıq dərs.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci