ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “ Heydər Əliyevin həyat və fəaliyyəti tükənməz xəzinədir” adlı konfrans keçirilib

Mingəçevir Turizm Kollecində müasir Azərbaycan dövlətçiliyinin memarı ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümü anılıb. Silsilə tədbirlərlə yadda qalan xatirə anları pedaqoq və tələbələrin vətənpərvər duyğularının daha da güclənməsinə zəmin yaradıb.


. Dəyrimi  masa ətrafı müzakirələr, fənn birliklərində keçirilən diskussiyalar, tələbələr arasında  baş tutan inşa, əl işləri müsabiqələri, bilik yarışı və müxtəlif idman turnirləri dahi şəxsiyyətin  həyat və  siyasi fəaliyyətinin təbliği baxımından xüsusi rol oynayıb. Qeyd edək ki, ən yaxşı rəsm və əl işləri, həmçinin   xüsusi divar qəzetləri nümunələri  anım günü öncəsindən etibarən kollecin foyesində və xatirə sərgisində nümayiş olunmağa başlanılıb. Nəhayət kollektiv tədbirlərin zirvə nöqtəsi olan elmi-nəzəri konfransda bir araya gəlib. Amma bundan öncə konfrans iştirakçıları  istedadlı tələbələrin əl işlərindən ibarət olan və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş  sərgiyə baxış keçirib. Ardınca elə sərgi zalındaca  moniter vasitəsilə dahi liderin şərəfli ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.

“Heydər Əliyevin həyat və fəaliyyəti tükənməz xəzinədir” adlı elmi- nəzəri konfrans da maraqlı müzakirələrə yol açıb.Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professsor Əyyub Əyyubov  ümummilli lider Heydər Əliyevin əziz xatirəsini  bir dəqiqəlik sükutla  yad etməyi təklif edib. Daha sonra çıxışına davam edən ünlü elm adamı   ulu öndər Heydər Əliev ömrünün şərəfli və nurlu səhifələrini varaqlayıb. Onun həm ölkənin çətin günlərində ortaya qoyduğu fədakarlıqdan, həm də bəşəri dəyərlərin möhkəmləndirilməsi və qorunması istiqamətində atdığı uğurlu addımlardan danışıb:

 “Bu gün varaqladıqca Heydər Əliev səlnaməsində necə böyük və möhtəşəm xidmətlərin yer aldığını açıqca görmək mümkündür. Onun xidmətləri təkcə milliliyi ilə seçilmir. Həmin xidmətlər bəşəri xarakter daşıyır. Bu səbəbdən də böyük öndərimiz bəşəri və  dünyavi siyasi liderdir. Onun haqqında danışmaq həm asan,  həm də çətindir. Asandır o səbəbdən ki, həyata keçirdiyi və memarı olduğu işlər hüdud tanımır. Çətindir o səbəbə görə ki, heç də  hər şəxs bu dahi şəxsiyyətin siyasi  fəaliyyətini yetərincə təhlil edib təqdim etmək gücündə deyil. Böyük öndərimiz Heydər Əliyev yolu hər kəsin qibtə edə biləcəyi böyük bir məktəb, bizə miras qalan siyasi irsi isə zəngin tükənməz xəzinədir. Biz pedaqoqlar daim bu irsi öyrənməli və gənc nəslə daha mükəmməl şəkildə öyrətməyə çalışmalıyıq.”

Daha sonra  dahi liderin ömür yoluna həsr edilmiş videoçarxa baxış keçirilib. Ardınca konfransın digər məzmunlu məruzələri dinlənilib.

Pedaqoqlar  Səbirə Hüseynova, Şəms Məmmədova və tələbə Əsmər Qurbanova müvafiq olaraq “Azərbaycanın özü qədər əbədi lideri”, ”Ulu öndər Heydər Əliyevin mənalı ömür yolu” və “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzularında məruzələrlə çıxış edib. Çıxışlarda böyük öndərin xalq və dövlətçilik naminə ortaya qoyduğu fədakarlıq nümunələri sadalanıb.

     Çıxışlar başa çatdıqdan sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqə və turnirlərin qaliblərinə kollec rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.

Konfrans tələbə özfəaliyyət qrupu fəalları tərəfindən nümayiş olunan ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib. Lider şəxsiyyətin  ömür yolu poetik şəkildə və musiqi notları  ilə ifadə olunub.

Konfransa yekun vuran professor Əyyub Əyyubov   hər kəsi bundan sonra da Heydər Əliyev ideyaları ətrafında sıx birləşməyə çağırıb:

“Cənab prezidentimizin siyasi kursu  Heydər Əliyev irsinə ən layiqli sədaqət nümunəsidir. Bu siyəasətə bağlılığımız gələcək daha böyük nailiyyətlərimizin qarantıdır.”


 
Əlavə edilmə tarixi: 13.12.2017   |   Baxılma sayı: 536

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi
Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.

Mingəçevir Turizm Kolleci: Növbəti tədbir uşaq nevroloji sanotoriyasına gerçəkləşdi.

Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib
Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib.

Mingəçevir Turizm Kollecin 20 Yanvar mövzusunda açıq dərs.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci