ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin əməkdaşları Mingəçevir şəhər nümayəndə heyətinin tərkibində Cəbrayıl rayonunun işğaldan sonra yenidən qurulan Cocuq Mərcanlı kəndini ziyarət edib

Məlum aprel döyüşləri zamanı Lələ-təpə yüksəkliyinin düşməndən geri alınması nəticəsində təhlükəsizliyi təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bu gün yeni dirçəliş dönəmini yaşayır.


Prezident İlham Əliyevin  Sərəncamı ilə   tamamilə yenidən bərpa olunan kənd   görülən geniş miqyaslı quruculuq-abadlıq işləri nəticəsində tədricən ən müasir yaşayış məntəqəsinə çevrilməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın dördbir yanından, hətta  bir-sıra xarici ölkələrdən belə tanınmış simalar  dəstə-dəstə Cocuq-Mərcanlıya axın edir və yeniliklərə yaxından bələd olur. Uzun müddət idi ki, gerçəkləşdirmək istədiyi səfər-ziyarət nəhayət ki, Minhgəçevir ictimaiyyətinə də nəsib olub. Yeri düşmümüşkən qeyd etmək lazımdır ki, ziyarətin baş tutmasında tanınmış ziyalı-alim Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun da  təşəbbüsləri və xüsusi rolu olub. Üstəlik  onun təmsil etdiyi  kollec  səfər zamanı ən böyük heyətlə təmsil olunan  kollektiv kimi yadda qalb. Beləliklə  Mingəçevir Turizm Kolleci, Azərbaycan Yazıçılar Birliyi şəhər şöbəsi, çoxsayda yerli KİV və QHT təmsilçisinin qatıldığı Mingəçevirli ziyalılardan ibarət  nümayəndə heyəti soyuqlu-şaxtalı qış günündə cənab prezident İlham Əliyevin təbirincə desək böyük qayıdışın bir işartısı olan Cocuq Mərcanlıya yetişib.

Az öncə vurğuladığımız kimi Mingəçevir Turizm Kollecinin kollektivi  nümayəndə heyətinin tərkibində ən böyük təmsilçiliyə malik olub. Belə ki, kollec  Cocuq Mərcanlı görüşlərində kollecin direktoru, professor Əyyub Əyyubov, kollecin müəllimi Tacəddin Əyyubov, həmçinin kollecin tələbələri-Ramil Həmzəyev və Kifayət İsayeva ilə təmsil olunub. Üstəlik adı çəkilən qonaqlar Cocuq Mərcanlıya heç də əliboş səfər etməyib. Onlar Cəbrayıllı dostlarının görüşünə Mingəçevir Turizm Kollecinin uğurlarından bəhs edən çox sayda suvenirlər, bukletlər, tələbə gənclərin təşəbbüsü ilə  hazırlanmış  tədris ləvazimatları və kollec rəhbərliyinin  yüksək tirajla Azərbaycanda və ondan kənarda işıq üzü görmüş kitablarını da götürməklə üz tutub.

 Cocuq Mərcanlıya yetişəcəyi anı səbirsizliklə gözləyən  nümayəndə heyəti yol boyu gördüyü, duyduğu təəssüratlardan yüksək ilham alıb. Professor Əyyub Əyyubov qısa zamanda bu böyüklükdə dəyişikliyin şahidi olacaqlarının inanılmaz duyğulara yol açdığını deyir:

 “Yollar, ayrı-ayrı küçələr, müasir  infrastruktur, zövqlə inşa edilmiş yeni yaşayış evləri və inzibati binalar gözəlliyi ilə göz oxşayır. Sanki, cəbhə bölgəsində deyil özünü  durmadan inkişaf edən bir turizm bölgəsindəymiş kimi hiss edirsən. Bütün bunlar  isə əslində Azərbaycan dövlətinin gücündən və dövlət başçısının iradəsindən xəbər verən bir gerçəklik və  unudulmaz təəssüratlardır.”

Cocuq Mərcanlı kəndinə yetişən Mingəçevirli qonaqlar yerli ictimaiyyət tərəfindən sevinc və şadlq içində qarşılanıb. Qarşılanma və sonrakı müşayət prosesində kənd İcra nümayəndəsi Xanlar Zeynalov, Cocuq Mərcanlı orta məktəbinin direktoru Zamin Həziyev, əski günlərdən doğma yurd yerində yaşamış  və artıq əfasnəyə çevrilmiş yerli sakin  Oktay Həziyev və digər şəxslər iştirak edib. Onlar  bu cür ziyarətlərə xüsusi önəm verdiklərini, beləcə arxalarında xalqın böyük dəstəyini hiss etdiklərini etiraf edib. Mingəçevirli ziyalı-alim Əyyub Əyyubovun  yerli sakinlər qarşısındakı çıxışı  da məzmunlu və yadda qalan olub:

“Cocuq Mərcanlı  sıradan  bir yaşayiş  məntəqəsi deyil. Bir çox səbəbdən bütün Azərbaycanlılar  üçün əzizdir. Əvvəla Cocuq Mərcanlı xalqımızın bir qarış torpağını belə düşmən tapdağı altında qoymaq niyyətində olmadığını və gec tez bu sayaq digər azad olunacaq kənd və şəhərlərimizə dönəcəyimizə olan  bir qətiyyət nümunəsidir. Digər tərəfdən Cocuq Mərcanlı  artıq bir qəhrəmanlıq səlnaməsidir. Aprel döyüşlərində qəhrəman ordumuz düşmənə və onlara havadarlıq edən  güclərə barışmaz olacağımızı açıqca nümayiş etdirdi. Dövlət başçımızın Sərəncamları, əzmi, iradəsi sayəsində ən qısa müddət kəsiyində kənd simasını tamamilə dəyişib. Belə desək  dostlara qürur mənbəyi, düşmənə göz dağı olub. İnşallah Ali Baş Komandanımız cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılın  digər yaşayış məntəqələri və digər işğal altında olan şəhər, rayon və kəndlərimiz tezliklə eynən Cocuq Mərcanlı kimi azad olunaraq dövlətimizin gücü sayəsində yenidən gülüstana çevriləcək. Bizlərin bu səfəri də yalnız birliyimizə, bərabərliyimizə xidmət edir. Bilməlisiniz ki, hər bir Azərbaycanlı sizin və qəhrəman ordumuzun yanında və arxasındadır.”

Daha sonra  Cocuq Mərcanlını gəzib dolaşan qonaqlar yenidən salınmış küçələr, istifadəyə verilmiş mədəni-məişət obyektləri, təhsil müəssisəsi  ilə yaxından tanış olub, Şuşa Məscidinin bənzəri olan yeni tikilmiş kənd Məscidini ziyarət edib. Hətta burada iman sahibləri namaz da qılıb.

Cocuq Mərcanlı səfəri zamnı unudulmaz görüşlərdən biri də  yeni istifadəyə verilmiş müasir orta məktəbdə baş tutub. Nümayəndə heyəti, o cümlədən Mingəçevir Turizm Kollecinin təmsilçiləri olan pedaqoq və tələbələr məktəbi gəzib   dolaşaraq təhsil ocağının maddi texniki bazsaı ilə tanış olub, pedaqoq və  şagirdlərlə səmimi söhbətlər aparıb.

Görüş zamanı  professor Əyyub Əyyubov  məktəb kollectivi ilə bundan sonra da sıx əməkdaşlıq edəcəklərini vurğulayaraq  hətta Mingəçevir Turizm Kolleci tərəfindən  bu məktəbdə müasir  fənn kabinəsi yaradacaqlarını  da vəd edib. Eyni zamanda  kollec adından gətirilmiş hədiyyələri məktəb kollektivinə və kitabxanasına təqdim olunub. Hədiyyələr arasında  kollec rəhbərinin Azərbaycanda və ondan kənarda nəşr olunmuş  bir sıra dəyərli kitabları və dərslik vəsaitləri yer alıb. Hədiyyə paylaşımı bunlarla da bitməyib. Belə ki, kollecli tələbələri Ramil Həmzəyev və  Kifayət İsayeva   şagirdlərlə xoş  təəssüratlarını  paylaşaraq Mingəçevir Turizm Kolleci tələbələrinin təşəbbüsü ilə  hazırlanmış tədris ləvazimatları və ona bənzər digər hədiyyələri yaşca kiçik həmkarlarına təqdim edib. Məktəb kollektivi ilə görüşlər zamanı professor əyyub Əyyubovun bir xoş məramlı təklifi  də yadda qalan olub. O, məktəb yetirmələri arasından gələcəkdə  Mingəçevir Turizm Kollecində təhsil almaq niyyətində olacaq gəncləri gözləyəcəklərini bildirərək onlar hər cür dəstək olacaqlarını vurğulayıb.

Mingəçevir nümayəndə heyətinin bir günlük Cəbrayıl səfəri beləcə xoş təəssüratların müşayəti ilə başa çatıb.

Vida mərasimində ev sahibləri  qonaqlara  Cocuq Mərcanlı torpaqı hədiyyə edib.

Professor Əyyub Əyyubov təşəkkür edərək bu torpaqda əlvan gül-çiçək yetişdiriləcəyini, kollec tələbə və müəllimlərinin daimi diqqət mərkəzində olan bir guşədə saxlanılacağını bildirib.

 

 

 

(RUS)

 

     Сотрудники Мингечевирского Колледжа  Туризма в составе городской делегации  посетили деревню Джоджук Мерджанлы  Джабраильского района заново построенную после аккупации

 

     Как известно,  в известных апрельских сражениях высотка Лала-Тепе  была освобождена от аккупантов и обеспечена безопасность деревне Джоджук Мерджанлы,которая  переживает новый период возрождения. По распоряжению президента Ильхама Алиева, полностью востановленная  деревня, постепенно становится самым современным жилым районом в результате масштабных строительных работ.   Не случайно,  известные деятели со всего Азербайджана, в том числе и  некоторых зарубежных стран, направляютсяются вместе с  группами в Джоджуг Мерджанлы и знакомятся с нововведениями. Наконец,долгое время задуманный визит общественности  Мингечевира ,стал очевидным.Следует отметить, что  инициатором визита стал  известный интеллигент,  ученый, директор Мингячевирского Колледжа Туризма, доктор экономических наук, профессор Айюб Айюбов. Более того,  колледж ,который он представлял был запомнен как коллектив, представляющий самый большой состав. Таким образом, Мингечевирский  Колледж Туризма, Союз писателей Азербайджана, Городское отделение Союза писателей Азербайджана, большое количество местных СМИ и представителей НПО, словом вся  интеллигенция  Мингечевира собралась  в холодный и морозный зимний день, чтобы отпрвиться в Джоджук Мерджанлы. Как мы только что упоминали, состав  Мингячевирского  Колледжа Туризма  имел наибольшее представительство в делегации.  Делегацию от колледжа представляли директор колледжа, профессор Айюб Айюбов, преподаватель колледжа Таджеддин Айюбов, а также студенты колледжа - Рамиль Хамзаев и Кифаят Исаева.
 
Более того, гости не отпрвились туда с пустыми руками. Они отправились на встречу со своими друзьями  со многими сувенирами, буклетами, учебными материалами, подготовленными по инициативе студенческой молодежи Мингечевирского Колледжа Туризма, и с большим тиражом книг руководства колледжа, а также книгами, которые были опубликованы в Азербайджане и за рубежом
Делегация, которая с нетерпением ждала встречу с Джоджук Мерджанлы , была вдохновлена  впечатлениями от увиденного в течении поездки.  Став свиделем увиденного и переполненный чувствами, профессор Эйюб Эйюбов сказал, что неожидал увидеть  за столь короткий период  больших перемен:
 
«Дороги, улицы, современная инфраструктура, со вкусом построенные  новые дома и административные здания прекрасны. Похоже, вы находитесь в зоне туризма, а не на передовой, но в постоянно развивающейся стране.
Все это, по сути, является реальностью и незабываемыми впечатлениями, которые говорят о силе  азербайджанского государства и воле главы государства "
 Гости из Мингечевира, которые приехали в деревню Джоджук Мерджанлы, были встречены местными людьми и общественностью с радостью и весельем.
Исполнительный представитель  власти деревни Ханлар Зейналов, директор средней школы Джоджук Мерджанлы Замин Хазиев, местный житель Октай Хазиев, который с тех пор жил в своей родной деревне, стал легендой ,приняли участие во встрече и последующем сопроводительном  процессе гостей.
 Они признали, что  придают большое значение таким посещениям и таким образом ощущают большую поддержку людей, стоящих за ними. Выступление учёного из Мингечевира Айюба Айюбова   перед местными жителями  было незабываемым и интересным: «Джоджук Мерджанлы - это необычное поселение. По многим причинам он дорог всем азербайджанцам.
Прежде всего, Джоджук Мерджанлы - пример того, что у наших людей нет намерения оставить хоть один клочок  земли под вражеским гнетом, и что рано или поздно они вернутся в наши деревни и города, которые в скором времени будут освобождены. С другой стороны, Джоджук Мерджанлы  является героической летописью. В апрельских боях наша героическая армия  ясно продемонстрировала, что мы будем непримиримы с противником и силами, которые их поддерживают. Благодаря Указу, решимости и воле Президента, деревня полностью изменила свой облик в кратчайшие сроки.Как говорится,на зло врагам,на радость друзьям.
 Будем надеяться, что под руководством нашего Верховного главнокомандующего, президента Ильхама Алиева, другие поселения в Джабраиле : наши города, деревни и села будут тоже освобождены как Джоджук Мерджанлы благодаря силе нашего государства. Этот наш визит служит только нашему единству, нашему равенству.
Вы должны знать, что каждый азербайджанец стоит рядом и  с вами и нашей героической  армией».
 В ходе встречи профессор Айюб Айюбов подчеркнул, что они будут сотрудничать со школьным коллективом  и пообещал, что Мингечевирский Колледж Туризма создаст современный класс в этой школе . В то же время были представлены  подарки из колледжа  школьному коллективу и библиотеке
 Среди подарков - ряд ценных книг и учебников, изданных руководителем колледжа в Азербайджане и за рубежом.Раздача подарков на этом  не завершилась.
 Студенты колледжа Рамиль Хамзаев и Кифаят Исаева поделились своими впечатлениями с учениками и представили свои учебные материалы и другие подарки молодым коллегам по инициативе Мингечевирского Колледжа Туризма. Во время встречи со школьным персоналом прозвучавшее  хорошее предложение выдающегося профессора  Айюба Айюбова было также незабываемым.
 
Он сказал, что они ожидают, что если молодёжь проявит желание учиться в Мингечевирском Колледже Туризма в будущем, им будет оказана поддержка за все время учёбы в колледже.
 
Хорошее впечатление произвел однодневный визит делегации Мингечевира в Джабраил.
На церемонии  прощании  гостям была подарена горсть земли Джоджук Мерджанлы.
Профессор Айюб Айюбов выразив благодарность ,  сказал, что на  этой земле будут посажены красочные цветы и что студенты и преподаватели всегда будут держать этот уголок в центре внимания.

 


 
Əlavə edilmə tarixi: 11.12.2017   |   Baxılma sayı: 245

                                

Paylaş      

SON BAXILANLAR

Paytaxtdan bölgələrə / From capital to regions

Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib
Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

15 İyun Milli Qurtuluş Günü” qeyd edildi

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci