ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində görkəmli sənətkar Bülbülün 120 illik yubileyi qeyd olunub

Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına uyğun olaraq Mingəçevir Turizm Kollecində Azərbaycan vokal sənətinin banisi Bülbülün anadan olmasının 120 illik yubileyi qeyd olunub.


   Silsilə tədbirlərlə anılan  yubiley mərasimi pedaqoq və tələbələrin yüksək fəallığı ilə yadda qalıb. O cümlədən tələbələr arasında keçirilən əl işləri və ən yaxşı ifaçı müsabiqələri maraqlı sənət nümunələrinin ortaya çıxmasına və gənclər arasında yeni istedadların aşikar edilməsinə səbəb olub. Daha sonra ən layiqli əl işi nümunələri kollecin foyesində təşkil olunan Sərgidə nümayiş olunub.Yubiley tədbirlərinin zirvə nöqtəsi olan elmi-nəzəri konfrans iştirakçıları da konfrans öncəsi məhz həmin sərgiyə baxış keçirib, görkəmli sənətkar  Bülbülün həyat və yaradıcılığınının əks olunduğu maraqlı əl işlərindən zövq alıb.

Daha sonra  Azərbaycan vokal sənətinin banisi olan Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş konfrans öz işinə başlayıb. Görkəmli sənətkarın şərəfli ömür yolu və əsrarəngiz yaradıcılığı barədə ətaraflı məlumat verən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Bülbülü Azərbaycan İncəsənətinin xəzinəsi adlandırıb:

“Bülbül  sadəcə ifaçı deyildi, o heç də hər kəsin böyük ustalıqla  ifa etmək iqtidarında olmadığı  çətin musiqi janrlarının bilicisi və mahir ifaçısı idi. Hələ Azərbaycan Dövlət Opera və Balet Teatrında yaratdığı İbn Salam, Aşıq Qərib, Koroğlu, Kərəm obrazları qibtə olunacaq sənət səlnaməsidir. Çoxsaylı romanslar, muğam nümunələri və xalq mahnıları məhz onun ifasında əsl zirvə nöqtəsinə yetişib. Eyni zamanda Bülbül istedadlı pedaqoq və tədqiqatçı kimi uğurlu həyat yolu keçib. İllər, əsrlər keçsə də onun valehedici səsi hafizələrə mənəvi rahatlıq bəxş edəcək.”

Bundan sonra Bülbülün həyat və yaradıcılığından bəhs edən videoçarxa baxış keçirilib.

Daha sonra digər məruzələr dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova, Əşrəf Əsgərov və Aybəniz Əliyeva   “Unudulmaz Bülbül haqqında xatirələr”, “Bülbülün musiqi dünyasında xidmətləri”, “Azərbaycanın dahi sənətkarı”  və “Murtuza Məmmədovun ev muzeyi” mövzularında çıxış edərək Bülbül yaradıcılığından  biri-birindən maraqlı fikirlər açıqlayıb.Hər kəs onu dahi və ölməz sənətkar olaraq xarakterizə edib.

Konfrans tələbə özfəaliyyət qrupunun təqdim etdiyi ədəbi-bədii kompozisiyanın nümayişi ilə  başa çatıb

 

 

(ENG).

 

 

120th anniversary of outstanding artisan Bulbul is celebrated at Mingechevir Tourism College.

In accordance with the action plan of the Ministry of Culture and Tourism, the 120th anniversary of Bulbul’s birthplace, the founder of Azerbaijani vocal art, is celebrated at Mingechevir Tourism College.

The jubilee ceremony with a series of events has been memorable for the high activity of the students and the pedagogues. Handicrafts and best performer competitions among students led to the emergence of interesting art samples and the discovery of new talents among students. Then, the best handicraft samples were displayed at the exhibition, organized at the foyer of the college. Participants of the scientific-theoretical conference also looked at the same exhibition and enjoyed the exciting handwriting on the life and creativity of outstanding artisan Bulbul before the conference.

Later, the conference on the 120th anniversary of Bulbul’s birthplace, the founder of Azerbaijani vocal art, started. The director of the college, the doctor of economical sciences, prof. Ayyub Ayyubov who gave detailed information about the glorious lifestyle and mysterious creativity of the outstanding artist, named Bulbul as a treasure of Azerbaijani art:

“Bulbul was not only a singer, but also he was a connoisseur and a master singer of difficult music genres that everyone is unable to perform with great skill. The characters of Ibn Salam, Ashig Garib, Koroghlu, Kerem, created  by him in the Azerbaijan State Opera and Ballet Theater, are a chronicle of arts to be admired. Numerous romances, mugham samples and folk songs have reached the peak in his performance. At the same time, Bulbul has passed a successful way of life as a talented educator and researcher. Even centuries later, his fascinating voice will provide people with moral comfort”.

Thereafter, a video about Bulbul’s life and creativity was watched.

Then, other lectures were heard. Pedagogues, Kifayat Aliyeva, Elnara Ismayilova, Ashraf Asgarov and Aybeniz Aliyeva said interesting ideas from Bulbul’s creative work, speaking on the subjects of “Memories about unforgettable Bulbul”, “Bulbul’s services in the music world”, “The great Azerbaijani artisan” and “M. Mammadov’s home Museum”. Everyone has described him as a genius and immortal artisan.

The conference was over with literary and artistic composition presented by members of the artistic team.

 


  В Мингечевирском Колледже Туризма отмечается 120-летие      выдающегося деятеля искусства  Бюльбюля.    


     В соответствии с Планом действий Министерства Культуры и Туризма 120-летний юбилей основателя Азербайджанского вокального искусства «Бюльбюля» был отмечен в Миргечевирском  Колледже Туризма.

Торжественная церемония празднования юбилея ознаменовалась высокой активностью педагогов и студентов.

Конкурсы творческих работ  и лучших исполнителей среди студентов привели к появлению интересных   новых талантов среди молодежи.
 Затем лучшие образцы творческих работ были представлены на выставке в фойе колледжа, Кульминацией  юбилейных мероприятий стала научно-теоретическая конференция, участники которой также посетили выставку и наслаждались интересными работами, отражающими жизнь и творчество выдающегося деятеля Бюльбюля. Позже  начала свою работу конференция, посвященная 120-летию со дня рождения основателя Азербайджанского вокального искусства Бюльбюля. Директор колледжа, доктор экономических наук, профессор Айюб Айюбов,  подробно информировал о славном образе жизни и творчестве выдающегося деятеля Бюлбюля,   как сокровище Азербайджанского искусства.
«Бюльбюль был не просто исполнителем, он был  талантливым исполнителем сложных музыкальных жанров, которые  не каждый  мог исполнять с большим мастерством.
Образы  Ибн Салама, Ашуга Гариба, Кероглу, Керема, созданные им на сцене  Азербайджанского Государственного Театра Оперы и Балета,  являются художественной хроникой. Многочисленные романсы, образцы мугама и народные песни достигли истинного пика его выступления.
 В то же время, Бюльбюль  как талантливый педагог и исследователь прошёл успешный жизненный путь. На протяжении веков даже его удивительный голос будет придавать чувство душевного комфорта.
После этого был просмотрен видео-обзор жизни и творчества Бюльбюля.
 Позднее были заслушаны доклады. Педагоги Кифаят Алиева, Эльнара Исмаилова, Ашраф Аскеров и Айбаниз Алиева сделали интересные доклады о творчестве Бюльбюля, выступая на конференции на тему «Воспоминания о незабываемом Бюльбюле», «Заслуги Бюльбюля в музыкальном мире», «Великий художник Азербайджана» и «Дом-музей  Муртузы Мамедова». Все охарактеризовали его как гениального и бессмертного деятеля. Конференция завершилась демонстрацией литературно- художественной композиции, представленной самодеятельной студенческой группы.

 
Əlavə edilmə tarixi: 24.11.2017   |   Baxılma sayı: 70

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir mövzusunda elmi nəzəri konfrans keçirilib.

Mingəçevir Turizm Kollecində “Heydər Əliyev İslam Həmrəyliyliyi İdeyasının Müəllifidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə baş tutan tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin məqsədi barədə məlumat verib.

28 May Respublika Günü
Kollecdə Azərbaycan Xalq Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Tarix diyarşunaslıq muzeyi yaradılır.

Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 63 yaşı qeyd edildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci