ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb

Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.


Qeyd edək ki, Azərbaycan və Rusiya təhsil müəssisələri arasında imzalanmış uzunmüddətli beynəlxalq əməkdaşlıq sazişinə müvafiq olaraq bir neçə ay öncə Rusiya təhsil müəssisəsi təmsilçiləri Mingəçevir Turizm Kollecinin qonağı olaraq  səmərəli müzakirələr aparıb.Məhz həmin görüş zamanı kollektiv  ənənəvi olaraq Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci tərəfindən təşkil olunan   “Sahibkarlıq” yönümlü 3-cü Açıq Regional “Gənc Peşəkarlar” yarışmasına rəsmi dəvət alıb.Adı çəkilən tədbirə dəvət  qarşılıqlı əməkdaşlığın bir təzahürü olsa da əslində nəzərdə tutulan hədəf hər iki təhsil müəssisəsi arasında yaranmış işgüzar münasibətləri daha da dərinləşdirərək yeni inkişaf mərhələsinə çıxarmaqdan ibarət olub.

Bəri başdan etiraf etmək lazımdır ki,Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun  iştirakı ilə baş tutmuş Sankt-Peterburq səfəri bir çox səbəbdən hər iki tərəf üçün faydalı və əhəmiyyətli məqamları ilə yadda qalıb. Tədris metodları, pedaqoq-tələbə mübadiləsinin aparılması,qarşılıqlı praktik təlimlərin,forum və seminarların təşkil edilməsi kimi məsələlər növbəti dəfə kompleks şəkildə  nəzərdən keçirilərək qarşıdakı əməkdaşlıq dönəmi üçün fəaliyyət planı müəyyən olunub.

Mingəçevir Turizm Kollecinin nümayəndəsinin Sankt-Peterburq səfəri ilk anlardan etibarən unudulmaz təəssüratlara yol açıb.Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin direktoru Svetlana Antonovanın iştirakı ilə yadda qalan qarşılanma törəni düzənlənib.Tədbirdə kollecin rəhbər təmsilçiləri və aparıcı mütəxəssisləri olan-  Oksana Fyodrova,Lyudmila Kuznetsova, VeraOvçarenko, T. Burova və başqaları iştirak edib. Tərəflər   xatirə hədiyyələrini paylaşıb.Qarşılanma mərasiminin ardınca dost təhsil müəssisəsini gəzib dolaşan professor Əyyub Əyyubov Sankt-Petrburq Turizm və Otel Servisi Kollecinin maddi-texniki bazası,auditoriya,fənn kabinetləri,kompüter otaqları və lobaratoriyaları ilə yaxından tanış olub,pedaqoq və tələbələrlə həmsöhbət olmaq fürsəti əldə edib.Tanışlıq zamanı kollecin Rusiya turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı prosesində indiyədək ciddi nailiyyətlər əldə etdiyi,hər il təqribən 2 minədək ixtisaslı kadr yetişdirdiyi, təhsil müəssisəsi nəzdində otelin və digər turizm infrastrukturlarının fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.Eyni zamanda Rusiyalı pedaqoqlar bir daha Azərbaycana səfər təəssüratlarını xatırlayaraq Mingəçevir Turizm Kollecini qabaqcıl ənənələri olan təhsil müəssisi kimi gördüklərini və bu səbəbdən də əməkdaşlığın hər iki müəssisəyə yeni perspektivlər vəd etdiyini qeyd edib.

Səfər çərçivəsində kollecin “Kommesiya və Tikinti “şöbəsində keçirilən görüş də maraqlı anlarla yadda qalıb. Pedaqoq və fəal tələbələrin iştirakı ilə keçən görüşdə  Tədris şöbə müdiri L. Krivoruçko şöbənin fəaliyyəti,tələbələrin  3-cü Regional “Gənc Peşəkarlar” yarışmasına hazırlıq  işləri barədə danışıb.Görüş iştirakçılarına Mingəçevir Turizm Kollecinin yaranma tarixi, uğurları,beynəlxalq əlaqələri,müxtəlif  beynəlxalq  təhsil layihələri, konfrans,sərgi və festivallarda iştirakı barədə məlumat verən kollecin direktoru professor Əyyub Əyyubov,həm də iştirakçıların çoxsaylı suallarına aydınlıq gətirib.

Qeyd etmək lazımdır ki, Sankt-Peterburq səfəri sıx təqvim planı əsasında  gerçəkləşib.Mingəçevir Turizm Kollecinin nümayəndəsi “Gənc Peşəkarlar” yarışmasının açılış mərasimində, Sankt-Peterburq Təhsil Komitəsinin”Peşəkar kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin  inkişaf perspektivləri və bu prosesdə işəgötürənlərin  rolu” mövzusunda keçirilən geniş tərkibli Kollegiya iclasında  fəal iştirak edib, “Restoran servisi”, “Otel inzibatçılığı”, “Turizm” və “Sahibkarlıq” müsabiqəsi iştirakçılarının işi  və fəaliyyəti ilə yaxından tanış olub.Keçirilən  hər bir görüşdə professor Əyyub Əyyubov   düşüncə və təəssüratlarını paylaşıb,Azərbaycanın  tarixi dəyərləri,mədəniyyəti,turizm potensialı və təhsil imkanları barədə ətraflı söhbət açıb.Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin direktor müavini Andrey Bardaşeviç də öz növbəsində  tələbələrin iştirakı ilə keçən ənənəvi  müsabiqə  və yarışmaların önəmindən danışaraq gələcəkdə Azərbaycanlı tələbələrin də  oxşar tədbirlərə qatıla biləcəyini qonaqların diqqətinə çatdırıb.

“Yunost” tədris mehmanxanası ilə tanışlıq rəsmi qonaqda xüsusi maraq oyadıb.Çünki, mehmanxana kollecə məxsusdur və tələbələri də məhz bu müəssisədə praktik təlimlər keçmək fürəsti qazanır.Burada tədris  emalatxanasının rəhbəri  vəzifəsində çalışan Ekaterina Krasnokutskaya mövcud imkanlar və onlardan istifadə yoları barədə söhbət açaraq əldə edilən müsbət nəticələrdən danışıb.

Səfər çərçivəsində qarşılıqlı əməkdaşlığın yeni formalarının tətbiqi barədə də fəal müzakirələr aparılıb.Eyni zamanda  professor Əyyub Əyyubov  Sankt-Peterburqlu dostlarını  növbəti ilin aprel ayında Bakıda təşkil olunacaq ənənəvi “Turizm və Səyahətlər” sərgisinə dəvət edib. Mingəçevir Turizm Kollecinin də dörd il dalba –dal qatıldığı beynəlxalq sərginin Rusiyalı təhsil işçilərinə yeni perspektivlər aça biləcəyini vurğulayıb.

Mingəçevir Turizm Kollecinin Rusiya səfəri həm də yeni beynəlxalq əməkdaşlıq  coğrafiyasının genişlənməsi ilə əlamətdar olub.Belə ki, rektor İrina Asanova və digər aparıcı mütəxəsisslərlə aparılan faydalı müzakirələr sonrası Mingəçevir Turizm Kolleci ilə Rusiyanın turizmyönlü qabaqcıl təhsil müəssisəsi olan Sankt-Peterburq Qonaqpərvərlik İnistitutu arasında  uzunmüddətli əməkdaşlıq Sazişi imzalanıb.Saziş pedaqoq-tələbə mübadiləsini,  praktik təlimlərin təşkilini və digər vacib məsələlərin tətbiqini nəzərdə tutur.

  Ümumən Sankt-Peterburq görüşləri yeni perspektivlərə yol açıb.Səfər barədə açıqlama  verən Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya təhsil müəssisələri ilə mövcud və təməli yeni qoyulan əməkdaşlığın hər iki ölkə turizminin inkişafına töfhə  verərək  kadr hazırlığı prosesinə müsbət təsir edəcəyinə əmin olduğunu bildirib.


 
Əlavə edilmə tarixi: 24.11.2017   |   Baxılma sayı: 52

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir mövzusunda elmi nəzəri konfrans keçirilib.

Mingəçevir Turizm Kollecində “Heydər Əliyev İslam Həmrəyliyliyi İdeyasının Müəllifidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə baş tutan tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin məqsədi barədə məlumat verib.

28 May Respublika Günü
Kollecdə Azərbaycan Xalq Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Tarix diyarşunaslıq muzeyi yaradılır.

Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 63 yaşı qeyd edildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci