ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 63 yaşı qeyd edildi.


Mingəçevir Turizm Kollecində bütün tarixi günlər, milli bayramlar yüksək səviyyədə rəngarəng tədbirlərlə qeyd olunur. Noyabrın 11-ə təsadüf edən Mingəçevir şəhərinin 63 illik yubileyinə də kollecdə böyük hazırlıq işləri görülmüşdür. Şəhər tədbiri üçün hazırlanmış bayram proqramı ilə yanaşı kollecin özündə də ayrıca və daha geniş yubiley tədbiri nəzərdə tutlmuşdu. Mingəçevir şəhərinin 63 illiyinə həsr olunmuş ədəbi-bədii gecə noyabrın 10-da keçirildi. Tədbirin aparıcıları Günel və Hüseyn tədbir iştirakçılarını salamlayaraq, Mingəçevir Turizm Kollecinin kollektivini şəhərin yubileyi münasibətilə təbrik etdilər, sonra isə söz kollecin direktoru prof. Ə.A.Əyyubova verildi. Prof. Ə.A.Əyyubov çıxışı zamanı Mingəçevir şəhərinin inkişafı tarixindən söhbət açdı. Ümummilli lider H.Əliyevin Mingəçevir şəhərinin tərəqqisi üçün göstərdiyi xidmətləri yada saldı, prezident İlham Əliyevin Mingəçevir şəhərinə diqqət və qayğısından danışdı. Mingəçevir şəhərində son illər aparılan abadlıq və quruculuq işləri, şəhərin çiçəklənməsində İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin əhəmiyyətli rolu prof. Ə.A.Əyyubovun nitqində xüsusi olaraq qeyd olundu. Prof. Ə.A.Əyyubovun təbrik nitqindən sonra proqrama daxil olan musiqi nömrələri bir-birini əvəz etməyə başladı. Tələbələrdən Nicat, Aytən və Elgizin ifasında şən və oynaq mahnılar bayram tədbirinə xüsusi rəng qatırdı. “Ritm” rəqs qrupunun ifası da iştirakçılar tərəfindən razılıqla qarşılandı. Daha bir maraqlı nömrə Xətai və Gülağanın ifasında səslənən Mingəçevirə həsr olunmuş meyxana deyişməsi oldu. Bu tədbirdə ilk dəfə olaraq Ramil və Ural tərəfindən “Popinq” rəqsi nümayiş etdirildi. Tələbə Rəşadın oxuduğu xalq mahnısı və digər maraqlı musiqi nömrələrini də tamaşaçılar xüsusi razılıqla qarşıladılar. Sintezator ifaçısı Vasifin və tar çalan Elşadın zəhməti bütün ifaçıları məharətlə müşaiyət etməsi musiqi parçalarının uğurlu alınmasında böyük rol oynadı. Mingəçevir şəhərinin 63 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə şən əhval ruhiyyədə sona çatdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 889

                                

Paylaş      

SON BAXILANLAR

Paytaxtdan bölgələrə / From capital to regions

Fənn birləşmələri və kabinet müdirləri ilə keçirilən müşavirələr.

Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi
Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.

Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib
Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci