ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin kollektivi bir gün Narınqala istirahət mərkəzində dincələrək tədris ilinin yorğunluğunu çıxardı

Fəaliyyətinin 11-ci dönəmini uğurla başa vuran Mingəçevir Turizm Kollecinin kollektivi ənənəsinə sadiq qalaraq tədris ilinin başa çatması münasibətilə sayca 13-cü turizm gəzintisinə çıxıb. Ölkənin dilbər guşələrindən biri olan Şəki rayonunun Narınqala istirahət məkanına üz tutan kollektiv burada zəngin təəssüralarla dolu unudulmaz bir gün yaşayıb.


Zəngin süfrə, musiqi çələngi, həzin mahnı və şux rəqslər gün ərzində istirahət edən  kollektivin qəlbində xoş ovqat yaradıb. Kollec Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə gerçəkləşən turist gəzintisi həmdə arzu və istəklərin paylaşılması ilə yadda qalıb. Doğma  həmkarlarına üz tutan Mingəçevir Turim Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov hər kəsi tədris ilinin başa çatması münasibəti ilə təbrik edib:

 “Nəhayət ki, uzun və gərgin tədris ilini uğurla baş vurduq. Belə demək mümkünsə bu cür səfalı guşədə yüksək  əhval-ruhiyyədə istirahət etməyi əməli fəaliyyətimizlə haqq etdik. Bu qürurverici duyğulardır. Çünki, kollektivimiz estetik, əqidə, məslək, işgüzarlıq və yaradıcılıq baxımından böyük üstünlükləri ilə  seçilr. 2000 nəfərdən artıq insanın doğma ailəsinə çevrilmiş  kollecimizdə istənilən nəslin və coğrafiyanın təmsilçiləri yer alır. Ən əsası isə çalışmağı sevən, daha böyük hədəflər arxasınca  getməyi bacaran insanlardan ibarət  kollektiv ailəyə malikik. Bəlkə də bu doğmalığın və   işgüzarlığın nəticəsidir ki, Mingəçevir Turizm Kollecinin sorağı bu gün artıq Azərbaycan hüdudlarından kənarda dolaşmaqdadır. Qazanılan uğurlarda əməyi olan hər kəsə bir daha təşəkkür edir və yeni naliyyətlər arzulayıram. Eyni zamanda belə bir  istirahətin təşkilində  təşəbbüskarlıq nümayiş etdirmiş Həmkarlar İttifaqı Komitəsi rəhbərliyinə təşəkkür edirəm”.

  Qeyd etmək lazımdır ki, Istirahət günü rəngarəng proqramı ilə diqqəti cəlb edirdi. Həm ətraf ərazilərdə ekskursiya, həm süfrə arxasında əyləncə və poeziya yarışması, həm də zaman-zaman ifa olunan kollektiv rəqslər  ürəkləri riqqətə gətirirdi. Bir maraqlı məqam da o idi ki, bütün istirahət proqramı və əyləncəli tədbirlər kolektivin istedadlı üzvləri tərəfindən həyata keçirildi. Elə tədbir boyu onların bir qismi çıxış edərək arzularını paylaşmaq fürsətindən də yararlandı. Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubov, direktor müavinləri Çinarə Allahverdiyeva, Şahzadə Şükürova, bədii-kütləvi tədbirlərin keçirilməsi üzrə məsləhətçi Əşrəf Əsgərov, tədris hissə müdiri Qəhrəman Kərimov, fənn  birliyi rəhbərləri Xanım Məmmədova, Zülexa Əyyubova, Sevda Kərimova,baş mühasib Vəsilə Hüseynova və başqalarının düşüncələri  rəğbətlə qarşılandı.

 Bir sözlə ünlü kollektiv Narınqalanın füsünkar mənzərələrinin əhatəsində uzun müddət hafizələrdən silinməyəcək   səsli-küylü xoş anlar yaşadı və tədris ilinin yorğunluğunu çıxardı.


 
Əlavə edilmə tarixi: 21.07.2017   |   Baxılma sayı: 279

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Kollecdə iməclik keçirildi...
Mingəçevir şəhər İcra Hakimiyyətinin Novruzun gəlişi münasibəti ilə irəli sürdüyü iməclik təşəbbüsünə MTK-ın kollektivi də həvəslə qoşulmuşdur.

Mingəçevir Turizm Kollecində Xocalı soyqırımı hadisələri yad edildi

Xeyirxahlıq ənənəsi.
Yaxınlaşmaqda olan Yeni il bayramı ilə bağlı MTK-da xoş, xeyirxah ənənələr davam etməkdədir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci