ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində məzunlarla vida mərasimi keçirilib

Ölkənin ən böyük təhsil müəssisələrindən biri olan Mingəçevir Turizm Kollecində növbəti məzun buraxılışı olub. Çoxsayda dəvətli qonağın iştirakı ilə gerçəkləşən vida mərasimi unudulmaz anlara səhnə olub.


Xüsusi tərtibatla bəzədilmiş kollec meydanında əsl bayram havası hökm sürüb.     O mənada ki, kollec kollektivi çox böyük zəhmət sayəsində yetişdirdiyi gəncləri növbəti peşəkar mütəxəssislər  olaraq cəmiyyətə təqdim etmək fürsəti qazanıb. İndi ölkənin turizm və mədəniyyət sahəsində bu gənc və perspektivli mütəxəssislərə böyük ehtiyac duyulmaqdadır. Üstəlik nəzərə almaq lazımdır ki, onlar Mingəçevir Turizm Kollecində uğurla tətbiq olunan müasir tədris-təlim metodları ilə yetişdirilib, ölkənin ən qabaqcıl turist, mehmanxana, sanatoriya-kurort komplekslərində, mədəniyyat müəssisələrində və digər təqdirə layiq ünvanlarda gərəkli praktik təcrübə təlimlərinin  fəal iştirakçısı olmaq şansı qazanıb. Təhsil ocağının rəhbərliyi hələ tədris dönəmində ictimai tələbləri və işəgötürənlərin rəyini nəzərə almaqla tədris prosesində mütərəqqi üsulların tətbiqinə xüsusi önəm verib. O cümlədən beynəlxalq təcrübə örnək qəbul edilib. Belə ki, Mingəçevir Turizm Kolleci  ən zəngin beynəlxalq  əlaqələrə malik  təhsil müəssisəsi  olaraq uzun zamandır ki, Avropa İttifaqının Tempus proqramı çərçivəsində Almaniyanın Yade Universiteti, Fransanın Qrenobl Akademiyası, həmçının Rumıniya, Portuqaliya, İspaniya, Böyük Britaniya  və digər qabaqcıl ölkələrin elmi mərkəzləri və təhsil müəssisələri ilə sıx əməkdaşlıq içindədir. İnnovativ metodların tətbiqi, pedaqoq və tələbə mübadiləsi kimi  məsələlər Mingəçevir Turizm Kollecinin beynəlxalq imicinin möhkəmlənməsinə yardımçı olub. Kollektivlə əməkdaşlıq etmək niyyətində olan təhsil ocaqlarının sayı və sırası günbə-gün genişlənir. Rusiya, Belarusiya,Türkiyə və Qazaxıstan kimi dövlətlərin  Universitet və kollecləri Mingəçevir Turizm Kolleci ilə uzunmüddətli əməkdaşlıq sazişi imzalayıb. Mədəniyyət və Turizm Nazirliyi  nazir cənab Əbülfəs Qarayev başda olmaqla kollektivin  bu kimi təşəbbüslərinə hərtərəfli dəstək nümayiş etdirir. Bu isə kollecə yeni perspektivlər vəd edir.

Təbii ki, belə bir durum kollecin tələbəsi, yaxud məzunu adını daşıyan gənclər üçün qürurverici anlam daşıyır. O səbəbdən də   bu gün istehsalata vəsiqə əldə edən kollec məzunları ikiqat sevinc hisslərinə qərb olub. Əyani və qiyabi təhsil üzrə təhsili başa vuran 664 məzun saatlar ərzində əl-ələ, göz-gözə dayanıb bu əlamətdar bayram gününün keyfini çıxarıb. Pedaqoqlara səmimiyyət dolu təşəkkürlərini çatdıran gənclər saatlar ərzində xoş musiqi sədalarının müşayəti altında  oxuub, rəqs edib, əylənərək  coşqulu anlar yaşayıb.

 Təbrik nitqi ilə  məzunlara  üz tutan Mingəçevir Turizm Kollecinin direktoru –iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ən xoş arzularını çatdırıb. Ünlü elm adamı Azərbaycanda turizmin inkişafını xüsusi diqqət altında saxlayan prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanaraq təsdiq olunmuş Turizmin inkişafı üzrə strateji yol xəritəsindən söhbət açıb.Yol xəritəsinin və digər vacib  sərəncamların turizm sahəsi üçün yeni böyük perspektivlər vəd etdiyini xatırladıb. Əyyub Əyyubov turizm sahəsini irəlilərə daşmaq iqtidarında olan kadrların hazırlıq məsələsindən də danışaraq önəmli addımlar atıldığını qeyd edib. Bu mənada Mingəçevir Turizm Kollecinin fəaliyyət göstərdiyi 11 il ərzində ciddi başarılar qazandığını iştirakçıların diqqətinə çatdırıb. O inandığını bildirib ki, kollecdə yetişən gənc mütəxəssislər çalışacaqları kollektivlərdə  turizmin inkişafına daima töfhə verməyə çalışacaq.

 Daha sonra Əyyub Əyyubov tədris prosesində  və ictimai işlərdə fərqlənən pedaqoq və tələbələrə fəxri diplomlar təqdim edib.

Tədbir ərzində   digər çoxsaylı təbriklər dinlənilib. pedaqoqlar, məzunlar və valideyinlər çıxış edərək arzu və istəklərini paylaşıb.

 Tədbir yallı rəqsi ilə yekunlaşıb. Xatirə şəkilləri çəkdirilib.


 
Əlavə edilmə tarixi: 30.06.2017   |   Baxılma sayı: 232

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Əbədiyaşar Liderin əziz xatirəsi anıldı.
Azərbaycan dövlətçiliyinin memari ümum milli lider Heydər Əliyevin vəfatının növbəti ildönümünü biri-birindən məzmunlu silsilə tədbirlərlə anıb xatirəsinə ehtiram nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin anım günü
Ümummilli lider Heydər Əliyevin anım günü Ölkəmizin hər yerində olduğu kimi Mingəçevir Turizm Kollecində də ümummilli lider Heydər Əliyevin anım günü böyük sayğı və ehtiramla qeyd edilir.

Mingəçevir Turizm Kollecinin 5 illik yubileyi qeyd olundu.

Mingəçevir Turizm Kollecinin Müəllim və tələbələri “Nar bayramı”nda
Noyabırın 1- də Göyçay şəhərində artıq ənənə halını almış “ Nar bayramı “ keçirildi.

Mingəçevir Turizm Kollecinin diorektoru professor Əyyub Əyyubov “Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdi

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci