ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində ” Azərbaycan Xalq Cümhuriyyəti şərqdə yaranan ilk demokratik respublikadır “ adlı elmi-nəzəri konfrans keçirilib

Konfransda bayram arzularını paylaşan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dönəminin Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu bildirib:


“Azadlıq hər bir xalqın arzularının zirvəsidir. Xoşbəxtik ki, azad, müstəqil dövlətin vətəndaşlarıyıq”.

       Professor Əyyub Əyyubov eyni zamanda yeni dövlətçilik ənənələrinin güclənməsində dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri olduğunu iştirakçıların diqqətinə çatdırıb.

 Daha sonra  təhsil ocağının rəhbəri 28 May Respublika Günü münasibətilə kollecdə keçirilmiş inşa yazı və rəsm müsabiqələrinin qaliblərinə fəxri diplomlar təqdim edib.

  Ardınca digər çıxışlar dinlənilib. Pedaqoqlar Jalə Məmmədova, Aynur Məhərrəmova və tələbə Sevinc Ağayeva “28 May Respublika Günü  Azərbaycanın milli bayramıdır”,  “28 May Respublika Günü tariximizdə əhəmiyyətli rola malikdir” və “28 May yeni yazılmış şərəf tariximizdir” adlı məruzələrlə çıxış edib.

  Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış  ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatıb.


 
Əlavə edilmə tarixi: 31.05.2017   |   Baxılma sayı: 499

                                

Paylaş      

SON BAXILANLAR

Xocalı soyqırımının 22-ci ildönümü
Ölkənin bütün elm və tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də Xocalı faciəsinin 22-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur.

9 May Qələbə günü / May 9, Victory Day

Dekorativ tətbiqi sənət festivalı

Mingəçevir Turizm Kollecində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə hazırlıqlar davam edir.
Kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə tələbələr Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə böyük səylə hazırlaşırlar.

Mingəçevir Turizm Kolleci "Ədalət" qazetinin səhifələrində
Mingəçevir Turizm Kolleci haqqında "Ədalət" qazeti məqalə dərc etdi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci