ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “ 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı elmi-nəzəri konfrans keçirildi

Konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov erməni separatçıları tərəfindən Azərbaycan xalqının başına gətirilmiş deportasiya və soyqırım siyasəti barədə ətraflı söhbət açdı.


Xüsusilə də 1918-ci ilin mart qırğınları ilə bağlı əhatəli məlumat verən dəyərli elm adamı erməni vəhşiliklərini tarixin ifşaedici dili ilə iştirakçıların diqqətinə çatdırdı. Minlərlə Azərbaycanlının ölkənin müxtəlif bölgələrində işgəncələrə məruz qoyularaq qətliam edildiyini təəssüf hissi ilə bəyan etdi.Bu mənada faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün ulu öndər Heydər Əliyev tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı  Gününün təsis edilməsini əsl vətənpərvərlik nümunəsi adlandırdı. Çıxışının sonunda Əyyub Əyyubov faciə qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş  qəhrəman övladlarımızın xatirəsini  bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.

 Daha sonra pedaqoqlar Eldar Dərişov,Gülşən İsmayılova və Şəms Məmmədova müvafiq olaraq “31 mart soyqırımının dünyada tanıdılmasında ulu öndər  Heydər Əliyevin rolu”,”1918-ci ildə Bakıda mart qırğınları “ və  “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzularında məruzələrlə çıxış etdi.

Tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə konfrans  davam etdirildi.

Konfransa yekun vuran professor Əyyub Əyyubov xalqımızın başına gətirilmiş müsibətlərlə bağlı acı həqiqətlərin dünya ictimaiyyəti ilə paylaşılmasında tələbə və pedaqoqlardan yüksək fəallıq umduğunu bildirdi. Onun fikrincə kollecin internet səhifəsi bu işdə hər kəsə yardımçı ola bilər. Buna müvafiq olaraq Əyyub Əyyubov internet saytında rus və ingilis dilli materialların yerləşdirilməsi barədə göstəriş verdi.


 
Əlavə edilmə tarixi: 30.03.2017   |   Baxılma sayı: 623

                                

Paylaş      

SON BAXILANLAR

Xocalı soyqırımının 22-ci ildönümü
Ölkənin bütün elm və tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də Xocalı faciəsinin 22-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur.

9 May Qələbə günü / May 9, Victory Day

Dekorativ tətbiqi sənət festivalı

Mingəçevir Turizm Kollecində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə hazırlıqlar davam edir.
Kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə tələbələr Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə böyük səylə hazırlaşırlar.

Mingəçevir Turizm Kolleci "Ədalət" qazetinin səhifələrində
Mingəçevir Turizm Kolleci haqqında "Ədalət" qazeti məqalə dərc etdi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci