ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci ümumşəhər Novruz şənliyində uğurla təmsil olundu

Günlərdir ki, milli bayramımız olan Novruzu silsilə və rəngarəng tədbirlərlə bayram edən Mingəçevir Turizm Kollecinin kollektivi Mingəçevir ictimaiyyətinin kütləvi iştirakı ilə baş tutan ümumşəhər şənliyində növbəti dəfə başarıyla potensialını hər kəsə nümayiş etdirdi.


Şəhər icra hakimiyyəti başçısı Niyazi Bayramov başda olmaqla,  müəssisə -təşkilat rəhbərləri, çöxsayda ziyalı , sadə  şəhər sakinləri və ictimaiyyət nümayəndələrinin qatıldığı  Novruz təntənəsində Mingəçevir Turizm Kolleci ən böyük təmsilçilik guşəsinə malik idi. Guşədə  pedaqoq və tələbələrin  yaradıcı potensialının göstəricisi olan dəyərli, rəsm əsərləri, əl işləri, qeyri adi təbii səməni kompazisiyası,  tarixi  məişət  əşyaları və digər maraqlı nümunələr təqdim olundu. Ən əsası da o idi ki, kollektiv Novruzu  pedaqoqlu -tələbəli tamamən milli geyimlərdə bayram edirdi. Bu da  şənlik iştirakçılasrının diqqətindən yayınmırdı.Təsadüfi deyil ki, şəhər rəhbərliyinin kollektivlə bayramlaşması prosesi onların özlərinin də etiraf etdiyi kimi hafizələrində günün ən yadda qalan anları olaraq yer aldı.

 İcra hakimiyyəti başçısı Niyazi Bayramova və onu müşayət edən şəxslərə kollec və onun təmsilçilik guşəsi barədə ətraflı məlumat verən Mingəçevir Turizm Kollecinin direktoru , iqtisad elmləri doktoru , professor Əyyub Əyyubov  ən xoş bayram təbriklərini paylaşdı. Bundan sonra kollecin milli geyimli istedadlı tələbələri, iştirakçı, Qorqud ata, Bahar qızı və digər obrazlaşdırılmış  Novruz  qəhrəmanlarının timsalında qonaqlara  salamlarını çatdırıb, şer, nəğmə və rəqslərilə xoş ovqat yaratdı.Tələbə gənclərin sərgilədiyi  kəndirdartma səhnəsi    yaranmış təəssüratları daha da zənginləşdirdi. Məhz bu  göstərilərin və yaranmış təəssüratların nəticəsi idi ki, şəhər rəhbəri və onu müşayət edən şəxslər kollektivin ünvanına  öygü dolu fikirlər söylədi.


 
Əlavə edilmə tarixi: 18.03.2017   |   Baxılma sayı: 299

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Əbədiyaşar Liderin əziz xatirəsi anıldı.
Azərbaycan dövlətçiliyinin memari ümum milli lider Heydər Əliyevin vəfatının növbəti ildönümünü biri-birindən məzmunlu silsilə tədbirlərlə anıb xatirəsinə ehtiram nümayiş etdirdi.

Mingəçevir Turizm Kollecində təqdimat mərasimi

Ümummilli lider Heydər Əliyevin anım günü
Ümummilli lider Heydər Əliyevin anım günü Ölkəmizin hər yerində olduğu kimi Mingəçevir Turizm Kollecində də ümummilli lider Heydər Əliyevin anım günü böyük sayğı və ehtiramla qeyd edilir.

Mingəçevir Turizm Kollecinin 5 illik yubileyi qeyd olundu.

Mingəçevir Turizm Kollecinin Müəllim və tələbələri “Nar bayramı”nda
Noyabırın 1- də Göyçay şəhərində artıq ənənə halını almış “ Nar bayramı “ keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci