ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təqvimləri Mingəçevir Turizm Kolleci kollektivi tərəfindən coşqu ilə bayram edildi

Fəaliyyətə başlamasının 10-cu yubiley dönəmini yola salmaq üzrə olduğumuz 2016-cı ildə böyük təntənə ilə qeyd etmiş Mingəçevir Turizm Kolleci River Side hotelində düzənlədiyi bayram şənliyi ilə növbəti dəfə böyük,güclü,mütəşəkkil və daima uğurlar arxasınca yürümək iqtidarında olan kollektiv olduğunu hər kəsə nümayiş etdirdi.


Bayram süfrəsi,yeni ilinin obrazlaşdırılmış rəmzləri,rəngarəng müsiqi çələngi,biri-birindən maraqlı  əyləncə və yarışmalar,ən əsası isə tədrisdə və ictimai fəaliyyətdə qazandığı davamlı uğurları ilə şadlanmağı və sevinməyi haqq etmış  təcrübəli və perspektivli pedaqoq  mütəxəssislər   saatlarla davam edən bayram tədbirini hafizələrə unudulmaz cizgilərlə həkk etdi.

 Bayram təbriki ilə rəhbərlik etdiyi doğma kollektivə üz tutan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov  da şənlikdə diqqət çəkən  bu kimi məqamlara və  ürəklərə hakim kəsilmiş xoş ovqata işarə edərək kollektivin  növbəti illərdə daha böyük nəaliyyətlərə imza atacağına əmin olduğunu bildirdi.Professor  elmin,təhsilin,mədəniyyət və turizmin inkişafında təməl rolu olan Heydər Əliyev ənənələrindən söhbət açaraq  ulu öndər Heydər Əliyevin əməli fəaliyyətinin bu gün  prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini  diqqətə çatdırdı.Ünlü elm adamı həmçinin yeni tədris ilindən etibarən kollecdə tətbiq olunan yeniliklərdən,perspektivlərdən danışaraq,Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kollektivə göstərilən diqqət və qayğı üçün cənab nazir Əbülfəs Qarayevə öz  təşəkkürlərini  ünvanladı.

  Qeyd edək ki, bayran tədbiri ərzində  kifayət qədər məzmunlu təbriklər yer aldı.Kollecin  direktor müavinləri,şöbə müdirləri,Fənn birliklərinin rəhbərləri və digər məsul şəxsləri çıxış edərək arzularını paylaşdı.  Kollec Həmkarlar ittifaqı Komitəsi sədri,iqtisad elmləri namizədi,dosent İbrahim Əyyubov isə yalniz  təbrik nitqi ilə kifayətlənmədi.Ənənəsinə sadiq qalaraq  o  kollektivin hər bir üzvünün bayram sovqatları ilə mükafatlandılacağını elan etdi. Tələbə özfəaliyyət  dərnəyi fəallarının tədbirdə sərgilədiyi  bayram göstərisi də diqqətə layiq hal kimi dəfələrlə iştirakçıların alqışını qazandı. Beləcə böyük bir kollektiv sevinc dolu çöhrələrin əhatəsində  şux mahnı və rəqslərin müşayəti,həmçinin  Şaxta baba və Qarqızın nəvazişi  ilə ürək dolusu sevinib şadlandı və  xalqımızın taleyində xüsusi yeri olan iki əlamətdar bayramı möhtəşəm  qeyd etdilər.


 
Əlavə edilmə tarixi: 28.12.2016   |   Baxılma sayı: 439

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir mövzusunda elmi nəzəri konfrans keçirilib.

Mingəçevir Turizm Kollecində “Heydər Əliyev İslam Həmrəyliyliyi İdeyasının Müəllifidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə baş tutan tədbiri açıq elan edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tədbirin məqsədi barədə məlumat verib.

28 May Respublika Günü
Kollecdə Azərbaycan Xalq Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Tarix diyarşunaslıq muzeyi yaradılır.

Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 63 yaşı qeyd edildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci