ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Dünyanı heyran qoyan tarixi şəxsiyyət” adlı elmi nəzəri konfrans keçirildi

Müasir Azərbaycan dövlətçiliyinin memarı ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümü münasibətilə Mingəçevir Turizm Kollecində silsilə anım tədbirləri düzənlənib.


O cümlədən,  tələbələrin iştirakı ilə inşa müsabiqəsi və dama,şahmat yarışları təşkil olunub.Hər üç tədbir yüksək vətənpərvərlik ruhunda davam edib və gənclər yaranmış fürsətdən yararlanaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə layiq şəkildəfəallıq nümayiş etdirib.

  Tədbirlər silsiləsi daha sonra “ Dünyanı heyran qoyan tarixi şəxsiyyət “adlı elmi-nəzəri konfransla davam etdirilib.Xatirə sükutu ilə öz işinə başlayan konfransda ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli filmə baxış keçirilib.Dahi şəxsiyyətin  siyasi fəaliyyətinə dair məzmunlu nitq söyləyən kollecin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov   ulu öndərin  xalqı və dövləti naminə  ortaya qoyduğu  xidmətlərin Azərbaycan xalqının qəlbindən  və hafizəsindən heç zaman  silinməyəcəyini  bəyan etdi.

Ardınca  ünlü elm adamı ümummilli liderin xatirəsinə həsr olunmuş  şahmat,dama yarışlarının və inşa müsabiqəsinin qaliblərini  fəxri diplomlarla mükafatlandırdı.

 Daha sonra   konfransın digər məzmunlu məruzələri dinlənildi. Kollec Həmkarlar  İttifaqı Komitəsinin sədri  iqtisad elmlər namizədi, dosent İbrahim Əyyubov, pedaqoqlar  Elmira Rəhimova,Gülay İsmayılova,Novruz Həmidov və  Gülay İbrahimova müvafiq olaraq “Görkəmli şəxsiyyət, dahi lider”, “ Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarıdır”,”Heydər Əliyev və Azərbaycan təhsili”,”Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişafı” və  “Heydər Əliyev və Azərbaycan gəncliyi“mövzularında geniş məruzələr səsləndirdi.

  Elmi-nəzəri konfrans   tələbə özfəaliyyət dərnəyi fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatdı


 
Əlavə edilmə tarixi: 12.12.2016   |   Baxılma sayı: 479

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Əbədiyaşar Liderin əziz xatirəsi anıldı.
Azərbaycan dövlətçiliyinin memari ümum milli lider Heydər Əliyevin vəfatının növbəti ildönümünü biri-birindən məzmunlu silsilə tədbirlərlə anıb xatirəsinə ehtiram nümayiş etdirdi.

Mingəçevir Turizm Kollecində təqdimat mərasimi

Ümummilli lider Heydər Əliyevin anım günü
Ümummilli lider Heydər Əliyevin anım günü Ölkəmizin hər yerində olduğu kimi Mingəçevir Turizm Kollecində də ümummilli lider Heydər Əliyevin anım günü böyük sayğı və ehtiramla qeyd edilir.

Mingəçevir Turizm Kollecinin 5 illik yubileyi qeyd olundu.

Mingəçevir Turizm Kollecinin Müəllim və tələbələri “Nar bayramı”nda
Noyabırın 1- də Göyçay şəhərində artıq ənənə halını almış “ Nar bayramı “ keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci