ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Narkomaniya və Alkoqolizmlə mübarizə“mövzusunda tələbələrin elmi konfransı keçirildi

Mingəçevir Turizm Kollecinin istedadlı tələbələri fəal şəkildə dərsdənkənar ictimai tədbirlərə qoşulur, özfəaliyyət qrupunun işində iştirak edir, şəhər miqyasında keçirilən müxtəlif debat və diskussiyalarda işgüzarlıqları ilə seçilirlər. Kollec rəhbərliyi yeni bir təşəbbüs irəli sürmüş, tələbələrin yaradıcı potensialından daha dolğun istifadə etmək üçün onların iştirakı ilə elmi-nəzəri konfransların təşkil olunması ilə bağlı qərar qebul edilmişdir.


İlk konfrans “Ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə həsr olunmuşdur.

Tələbələrin iştirakı ilə növbəti konfrans noyabrın 23-də keçirildi. Kollecin H. Əliyev ideoloji kabinetində  baş tutan tədbir “Narkomaniya və alkoqolizmlə mübarizə” məsələsinə həsr olunmuşdur. Böyük marağa səbəb olan konfransa şəhərin digər tədris müəssisələrindən fəal tələbələrdə  dəvət olunmuşdur.

      Konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tələbələrin elmi yaradıcılığa meylini yüksək  qiymətləndirdiyini vurğuladı. Qeyd etdi ki, elmi-yaradıcı axtarışlar tələbələrə ixtisasını daha dərin öyrənmək, biliklərini artırmaq və dünyagörüşlərini genişləndirmək  işində yardımçı ola bilər.

    Əyyub müəllim konfransların  mövzu dairəsini genişləndirməyi, turizm və otelçilik işlərinin ayrı-ayrı  maraqlı və aktual məsələlərinə həsr olunmuş elmi-nəzəri konfranslar təşkil etməyi tövsiyə etdi.

    Konfransda şəhər Tibb Kollecinin  tələbəsi Qaraməmmədli Ayşə “Zərərli vərdişlər”, Mingəçevir Dövlət Universitetin tələbəsi Cabbarlı Pəricahan “Qazanılmış immunitet çatışmamazlığı sindromu xəstəliyinin yoluxma mənbələri”, MTİS-2 qrupunun tələbəsi Daşdəmirova Sevinc “Toksikomoniya xəstəliyi” MTİS-2 qrupunun tələbəsi Aşur Həşimov “Ağ ölüm” və MTİS-2 qrupunun tələbəsi  Qarayeva Nazilə “Narkomaniya ilə mübarizə” mövzularında məruzələrlə çıxış etdilər.

   Konfransda yekun sözü ilə çıxış edən  kollecin direktoru, prof. Əyyub Əyyubov çıxışçı tələbələrə maraqlı məruzələrin görə təşəkkür etdi, belə təşəbbüsləri davam etdirməyi və tələbələrin daha geniş kütləsini bu prosesə cəlb etməyi tövsiyə etdi.


 
Əlavə edilmə tarixi: 24.11.2016   |   Baxılma sayı: 280

                                

Paylaş      

SON BAXILANLAR

Kollecdə “Turist polisi” pilot layihəsi hazırlanmışdır.
“Turizm və onun təşkili” ixtisası üzrə təhsil alan TT-40 qrupunun tələbəsi Muradov Kamranın tərtib etdiyi “Turist polisi” layihəsinin müzakirəsinə həsr olunmuşdu.

Xeyriyyə tədbiri
Dekabrın 21-də Mingəçevir Turizm Kollecin Tələbə - Gənclər təşkilatı “Debat” klubunun üzvləri ilə birlikdə Uşaq – Nevroloji sanatoriyasını ziyarət etdi.

Kimsəsiz uşaqlarla görüş

Kollecdə iməclik keçirildi...
Mingəçevir şəhər İcra Hakimiyyətinin Novruzun gəlişi münasibəti ilə irəli sürdüyü iməclik təşəbbüsünə MTK-ın kollektivi də həvəslə qoşulmuşdur.

Dayan! Dünya Bizim Evimizdir!
01 noyabr 2016 - cı il tarixdə Mingəçevir Turizm Kollecində Heydər Əliyev adına İdeoloji mərkəzində “Dayan! Dünya Bizim Evimizdir! ” mövzusunda tələbələrin elmi-nəzəri konfransı keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci