Öncə bayram tədbiri iştirakçıları Konstitusiya Gününə həsr olunmuş əl işləri və rəsm sərgisinə baxış keçirdi. Eyni zamanda xüsusi monitor vasitəsilə Milli Konstitusiya tarixinə dair video çarx nümayiş olundu və bundan sonra elmi-nəzəri konfrans öz işinə başladı.
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov müstəqil Azərbaycan Respublikasının indiki qüdrətli günlərə yetişməsində vaxtilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gəlmiş Azərbaycan Respublikası Konstitusiyasının böyük rolu olduğunu bildirdi.
“Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” adlı məruzə ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin baş məsləhətçisi, pedoqogika üzrə fəlsəfə doktoru Sahib Əliyev bu kimi önəmli tədbirlərin təşkilində daima fəallıq nümayiş etdirən kollec kollektivinə şəhər rəhbərliyi adından təşəkkür etdi.
Bundan sonra kollec Həmkarlar İttifaqı Komitəsi sədri, iqtisad elmləri namizədi, dossent İbrahim Əyyubov, pedoqoqlar Sevda Kərimova, Jalə Məmmədova və Nərgiz Əliyeva müvafiq olaraq “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir”, “Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsində Konstitusiyanın rolu”, “Referendum yolu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər xalqımızın mənafeyinə xidmət edir” və “ Azərbaycan Respublikasının inkişafında Konstitusiyanın həlledici mahiyyəti” mövzularında məzmunlu məruzələr səsləndirdi.
Tədbir həm də mükafatlandırma anları ilə əlamətdar oldu. Belə ki, Milli Konstitusiya Günü münasibətilə həyata keçirilmiş inşa və rəsm müsabiqəsi qaliblərinə fəxri diplomlar təqdim olundu.
Konfrans tələbə özfəaliyyət dərnəyi fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatdı.
Əlavə edilmə tarixi: 14.11.2016 | Baxılma sayı: 464
Paylaş