ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





“Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdikdən sonra qonaqlar Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.


 “Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdikdən sonra qonaqlar Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.

 

22-23 oktyabr 2016-cı il tarixlərdə Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “Urbanizasiya və Sənayeləşmə Şəraitində Biomüxtəlifliyin Qorunması” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirildi. İki gün davam edən konfransın birinci günündə plenar iclası ecazkar gözəlliyi ilə dünyanın nadir incilərindən olan Göygöl milli parkında təşkil olunmuşdu. Göygöl Milli parkının seçilməsi təsadüfi deyildi, çünki konfrans həmçinin Göygölün yaranmasının 877- ci il dönümünə həsr olunmuşdu. Beynəlxalq konfransda çoxlu sayda yerli və xarici qonaqlar iştirak edirdi. Plenar iclası Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Sülleymanov açdı. Sonra yerli və xarici universitetlərin alimləri, həmçinin müvafiq nazirliklərin nümayəndələri çıxış edərək mövzu ətrafında dəyərli fikirlərini bildirərək konfransın işinə uğurlar arzuladılar. Konfransda iştirak edən Mingəçevir Turizm Kollecinin diorektoru professor Əyyub Əyyubov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyini təmsil edirdi.

Professor Əyyub Əyyubov Konfransın plenar iclasında ilk olaraq təmsil etdiyi AzərbaycanRespublikası Mədəniyyət və Turizm Nazirliyinin təbrikini çatdıraraq konfransın işinə uğurlar arzuladıqdan sonra “Biomüxtəlifliyin, təbii gözəlliklərin mühafizəsi ölkə  turizmi üçün də çox faydalıdır” mövzusunda məruzə ilə çıxış etdi. Professor Ə. A. Əyyubov məruzəsində biomüxtəlifliyin qorunmasının əhəmiyyətlərindən danışaraq Ümummilli lider, ulu öndər Heydər Əliyevin bu sahədədə böyük xidmətlərindən danışaraq, bu gün də prezident cənab İlham Əliyev tərəfindən bu işlərin uğurla davam etdirildiyindən bəhs etdi.

Plenar iclasdan sonra qonaqlar Goygöl və Hacıkəndlə tanış olmuş, həmçinin Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.


 
Əlavə edilmə tarixi: 26.10.2016   |   Baxılma sayı: 268

                                

Paylaş      

SON BAXILANLAR

Kollecdə “Turist polisi” pilot layihəsi hazırlanmışdır.
“Turizm və onun təşkili” ixtisası üzrə təhsil alan TT-40 qrupunun tələbəsi Muradov Kamranın tərtib etdiyi “Turist polisi” layihəsinin müzakirəsinə həsr olunmuşdu.

Xeyriyyə tədbiri
Dekabrın 21-də Mingəçevir Turizm Kollecin Tələbə - Gənclər təşkilatı “Debat” klubunun üzvləri ilə birlikdə Uşaq – Nevroloji sanatoriyasını ziyarət etdi.

Kimsəsiz uşaqlarla görüş

Kollecdə iməclik keçirildi...
Mingəçevir şəhər İcra Hakimiyyətinin Novruzun gəlişi münasibəti ilə irəli sürdüyü iməclik təşəbbüsünə MTK-ın kollektivi də həvəslə qoşulmuşdur.

Dayan! Dünya Bizim Evimizdir!
01 noyabr 2016 - cı il tarixdə Mingəçevir Turizm Kollecində Heydər Əliyev adına İdeoloji mərkəzində “Dayan! Dünya Bizim Evimizdir! ” mövzusunda tələbələrin elmi-nəzəri konfransı keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci