ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





18 oktyabr - Müstəqillik günü


18 oktyabr - Müstəqillik günü 15 Oktyabr 2010- cu il tarixdə Mingəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji kabinetində dövlət müstəqilliyinin 19-cu ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi. “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” adlı elmi-nəzəri konfransı giriş sözü ilə iqdisad elmləri doktoru, professor Ə.A.Əyyubov açdı. Kollecin professor-müəllim heyəti Azərbaycan himnini canlı olaraq ifa etdi. Prof. Ə.A. Əyyubov müstəqilliyimizin əldə edilməsi ilə bağlı, eləcə də müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi və daimi edilməsi üçün ulu öndər, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin xidmətlərindən danışdı. İlk olaraq iqdisad elmləri namizədi, dosent İbrahim Əyyubovun “Müstəqilliyimiz yenilməzdir”, tarix müəllimi Çingiz Nəbiyevin “Müstəqilliyimiz əbədidir” adlı məruzələri dinlənildi. Sonra ”Azərbaycan iqdisadiyyatının inkişafında müstəqilliyimizin rolu” mövzusunda iqdisadiyyat müəllimi Sahib Hüseynov, “Müstəqillik illərində Azərbaycan idmanının nailliyyətləri” mövzusunda isə GÇQH- fənn birləşməsinin sədri Ceyhun Məmmədov çıxış etdilər. Müstəqillik illərində turizmin inkişaf prespektivlərinin reallaşmasından texniki elmlər namizədi Şahsuvar Heydərov eyni adlı məruzəsində söz açdı. Tarix müəllimləri Xatirə Hüseynovanın “Heydər Əliyev və müstəqil Azərbaycan”, Eldar Dərişovun “Azərbaycan müstəqillik yollarında” adlı məruzələri xüsusi maraqla qarşılandı. Son olaraq tarix müəllimi Qurbanəli Yusibov “Müstəqil Azərbaycan demokratiya yollarında” adlı məruzəsini iştirakçıların diqqətinə çatdırdı. Bütün çıxışlarda qurucusu olduğu Azərbaycanı hər sahədə müstəqil və yenilməzliyə aparan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti dəstəkləndi. Ümummilli liderin bütünlükdə həyata keçirdiyi tədbirlər onun layiqli davamçısı, cənab prezidentimiz İlham Əliyev tərəfindən davam etdirildiyi dəfələrlə vurğulandı. Sonda Kollecin direktoru professor Ə.A.Əyyubov bütün deyilənlərin respublikamızın daha firavan gələcəyinə xidmət etdiyinə inandığını bildirərək konfransın rəsmi hissəsini bağlı elan etdi. Konfransın davamı olaraq kollecin həyətində bayram tədbiri keçirildi. Tədbirdə qonaqlara kollecin müəllimləri Ələviyyə Süleymanovanın və Məleykə Vəliməmmədovanın təşkil etdiyi bədii özfəaliyyət dərnəyinin iştirakıyla ədəbi-bədii kompozisiya təqdim olundu. Mərasimdə ara-sıra xalq mahnıları, muğam oxundu, milli rəqslər ifa edildi, vətənpərvər ruhda şeirlər söyləndi. Aparıcılar tədbir iştirakçıları adından onlara belə yüksək səviyyədə təşkil olunmuş tədbirə və bayram sevincini bir daha yaşatdığına görə kollecin direktoruna öz təşəkkürlərini bildirdilər. Sonda direktor prof. Ə. Əyyubov tədbirdə iştirak edən hər kəsi və bütün Azərbaycan xalqını müstəqillik günü münasibətiylə bir daha təbrik etdi, xalqımıza firavanlıq, xöşbəxtlik arzuladı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1083

                                

Paylaş      

SON BAXILANLAR

Mini – futbol üzrə Ali və Orta ixtisas məktəb tələbələri ilə MİS – lərin komadaları arasında keçirilən “ Şəhər Kuboku” yarışı sona çatdı.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mingəçevirin 67 – ci il dönümünə həsr olunmuş Mini – futbol üzrə “ Şəhər Kuboku” yarışı keçirildi.

Mingəçevir Turizm Kollecinin kollektivi ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə düzənlənən silsilə tədbirlərdə yüksək fəallıq nümayiş etdirdi
May ayının 10-u Mingəçevirlilərin hafizəsində unudulmaz cizgilərlə tarixləşdi. Belə ki, sakinlər və şəhərin qonaqları ümummili lider Heydər Əliyevin doğum günü şərəfinə təşkil olunmuş biri-birindən maraqlı silsilə tədbirlərin iştirakçısına çevrildi.

Mingəçevir Turizm Kollecinin Yeni il bayramı
Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.

Mingəçevir Turizm Kollecində “ 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı elmi-nəzəri konfrans keçirildi
Konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov erməni separatçıları tərəfindən Azərbaycan xalqının başına gətirilmiş deportasiya və soyqırım siyasəti barədə ətraflı söhbət açdı.

Mingəçevir Turizm Kollecindədini ekstremizmə qarşı mübarizə mövzusunda elmi-nəzəri keçirildi
Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər icra hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultikulturalizm ənənələrinin rolu “ adlı elmi-nəzəri konfransda

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci