ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Turizm Kolleci məqsədyönlü addımlar atmaq niyyətindədir.

Tarixin dərinliklərindən qaynaqlanan Azərbaycan xalqının milli-mənəvi dəyərləri müasir dünyanın kültürəl ənənələrinin qorunmasında və inkişafında önəmli rol oynaya bilər.


  Əsrlər ərzində fərqli mədəniyyət və inancların azad və bərabərhüquqlu şəkildə mövcud olma faktı Azərbaycan coğrafiyasını dünən olduğu kimi bu gün də sülh və əminamanlıq içində yaşamaq arzusunda olan xalqlar üçün ən cəlbedici məmləkətlərdən birinə çevirib. Hazırda ölkə paytaxtında davam edən  BMT-nin  Sivilizasiyalar Alyansının  yeddinci  Qlobal Forumu iştirakçılarının ilk çıxışlarından da  bu gerçəklik açıqca özünü biruzə verir.

   Azərbaycan cəmiyyətində dövlət rəsmilərindən tutmuş sadə vətəndaşlaradək hər kəs xalq və dövlət olaraq multikultural ənənələrin inkişafı sayəsində qazandığı bu nailiyyətləri  daha  da təkmilləşdirmək  yolu ilə  sabahlara daşımaq niyyətində olduğunu  gizlətmir. Bu mənada Respublika Mədəniyyət və Turizm  Nazirliyinin nazirliyin strukturuna daxil olan müəssisələrdə bundan sonra da məqsədyönlü işlər aparılması barədə aldığı qərar yalnız təqdirə layiqdir.

 Hər zaman ümumrespublika əhəmiyyətli məsələrin icrasına əməli dəstək nümayiş etdirən Mingəçevir Turizm  Kolleci də  proseslərdən kənarda qalmaq niyyətində deyil. Əksinə onun ən fəal iştirakçısına çevrilmək niyyətindədir. Yeddinci Qlobal Forumun hələ davam etdiyi bir vaxtda artıq  Turizm  Kolleci  uzunmüddətli fəaliyyət planını təsdiq edib. Təsbirlər planında  yeddinci Qlobal Forumun Mingəçevir Turizm Kolleci üzrə təşkilat komitəsinin yaradılması,  buna müvafiq işçi qrupunda iş bölgüsünün hazırlanması, Forumdan irəli gələn məsələlər üzrə mədəni- kütləvi tədbirlərin təşkili, Turizm Kollecində mədəniyyətlərarası dialoq mərkəzinin təbliği və yeddinci Qlobal Foruma həsr olunmuş elmi- nəzəri konfransların keçirilməsi nəzərdə tutulur.

  Kollektivin məsələnin önəminə verdiyi dəyər tədbirlər planına daxil olan məsələlərin dərhal icrasına başlanılması  prosesində də özünü biruzə verir. Belə ki, bugün - Forumun da paytaxtda davam etdiyi bir vaxtda Turizm Kolleci tədbirlər planına müvafiq olaraq ilk elmi- nəzəri konfransını təşkil etdi.

 BMT- nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumuna həsr olunmuş  elmi- nəzəri konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Forumun Azərbaycanda keçirilməsini Azərbaycanın təşkilatçılıq potensialına, multikultural ənənələrinə və dövlət başçısı başda olmaqla dünyavi sülh, barış və birgə yaşayış anlayışlarına dövlət qurumlarının və xalqın göstərdiyi həssasiyət müqabilində beynəlxalq ictimaiyyətin böyük etimadı kimi dəyərləndirdi. Əyyub Əyyubov 2016- cı ilin Multikulturalizm ili elan olunmasını da beynəlxalq aləmdə dövlətə və xalqa baş ucalığı gətirən amil olduğunu bildirdi. Onun fikrincə hələ ulu öndər Heydər Əliyev tərəfindən ən yüksək səviyyədə qorunan tolerant ənənələr bu gün prezident İlham Əliyevin ciddi səyləri ilə daha da mükəmməl şəkildə inkişaf etdirilərək təbliğ olunur. Bu mənada hər bir ölkə vətəndaşı, xüsusilə də pedaqoqlar və yetişməkdə olan gənc nəsil  mövcud dəyərlərimizin qorunmasına və təbliğinə  davamlı olaraq əməli dəstək nümayış etdirməlidir - dedi.

Qeyd edək ki, konfrans ərzində biri- birindən maraqlı çıxışlar səsləndi. Kollecin pedaqoqları  Xatirə Rzayeva, İqbal Xudiyev, Eldar Dərişov İradə Cəfərova və tələbə Cəlil Əhmədov müvafiq olaraq “ Azərbaycanın nümunəvi elmi siyasəti və perspektivlər”, “ Azərbaycan Dünyada tolerantlıq nümunəsidir”, “ Müasir və tolerant Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Azərbaycanda mədəniyyətlərarası dialoq mərkəzinin yaradılması”  və “ Azərbaycan gəncliyi yeddinci Qlobal Forumda”  mövzularında məzmunlu məruzələrlə çıxış etdi.

  Konfransa yekun vuran kollecin direktoru professor Əyyub Əyyubov bu kimi oxşar tədbirlərin Mingəçevir Turizm Kollecində davamlı xarakter daşıyacağını bəyan etdi. Mədəniyyətlərarsı  dialoq təkcə məmləkətimiz və xalqımız üçün deyil,  bütün bəşəriyyətin gələcəyi üçün vacib məsələdir - söylədi.


 
Əlavə edilmə tarixi: 27.04.2016   |   Baxılma sayı: 772

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Azərbaycan musiqi sənətinin iki görkəmli siması olan Tofiq Quliyevin anadan olmasının 100, Fərhad Bədəlbəylinin isə 70 illik yubileyi münasibətilə konfrans keçirilib
Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin şərəfinə təşkil olunan yaradıcılıq gecələri və elmi -nəzəri konfransların keçirilməsi kollektivdə artıq bir ənənəyə çevrilib.

Marxal - müalicə-istirahət kompleksi üçün aşağıda qeyd olunan vəzifələr üzrə vakansiya.

Unudulmaz gün

Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümü kollecdə əsl bayram əhval-ruhiyyəsində qeyd olundu

Mingəçevir Turizm Kollecində məzunlarla vida mərasimi keçirilib
Ölkənin ən böyük təhsil müəssisələrindən biri olan Mingəçevir Turizm Kollecində növbəti məzun buraxılışı olub. Çoxsayda dəvətli qonağın iştirakı ilə gerçəkləşən vida mərasimi unudulmaz anlara səhnə olub.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci