ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Bilik Yarışları

Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.


Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.Bu gün Heydər Əliyev Mərkəzində təşkil olunan intellektual bilik yarışması da haqqında danışılan məqsədlərə xidmət edir.

            Tədbir öncəsi Turizm Kolleci rəhbərliyi,iştirakçıların fəal qrupunun müşayiəti ,həmçinin Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi rəsmilərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib dahi şəxsiyyətin xatirəsinə ehtiramını  nümayiş etdirdi.

 Ardınca Heydər Əliyev Mərkəzində Mingəçevir Turizm Kollecinin daxili  bilik yarışmasının yekunlarına əsasən 7 ixtisas qrupu intellektuallarının iştirakı ilə final mübarizəsinə start verildi.

           Tədbirin apaıcısı pedaqoq Eldar Dərişov iştirakçıları müvafiq təlimatlarla tanış etdi.Onu bildirdi ki,  qalib adı uğrunda mübarizədə 3 tur nəzərdə tutulur  və hər turda komandalar 10 sualı cavablandırmalı olacaq.

            Bundan sonra Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun  təbrik nitqi dinlənildi. Ünlü elm adamı Heydər Əliyevin adını daşıyan  belə bir möhtəşəm sarayda  elə ümummilli liderin xidmətləri sayəsində tarixləşmiş 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirin iştirakçısı olmaqdan şərəf duyduğunu bildirdi.Əlavə etdi ki, ulu öndər sağlığında ikən gəncliyə dayaq və dəstək olub.Onun yolunu uğurla davam etdirən prezident İlham Əliyev də  Azərbaycan gəncliyi ilə nəfəs alır, hər addımda onlara diqqət və qayğı nümayiş etdirir.Yeni saraylar, gənclər evləri inşa olunmasına təşəbbüs göstərir ki, gənclər bu cür mərkəzlərdə sağlam həyat tərzi sürüb istedad və bacarığından yararlana bilsin.Professor şəhər icra aparatı ünvanına da ən xoş sözlər çatdıraraq İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun gənclər arasında bu kimi tədbirlərin keçirilməsində maraqlı olduğunu qeyd etdi.Nitqinin sonunda Əyyub Əyyubov bütün iştirakçılara uğurlar arzuladı. Arzu və düşüncələrini paylaşmaq fürsəti əldə edən Şəhər İcra Hakimiyyəti rəsmisi Sahib Əliyev,eləcə də Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli  bilik yarımasının önəmindən danışdı.Hər iki rəsmi şəxs Mingəçevir Turizm Kollecinin ictimai tədbirlərin təşkilində sərgilədiyi təşəbbüsləri xatırladaraq  təhsil müəssisəsi rəhbərliyinə və kollektivinə minnətdar olduqlarını bildirdi.

            Beləliklə, 3 mərhələli intellektual bilik yarışması rəsmən başlanmış oldu. Bir-birindən maraqlı və çətin suallarla üzləşən komandalar ensklopedik bilkilərini  böyük həvəslə ortaya qoydu.Gedişat ərzində nisbətən zəif təsir bağışlayan 3 komanda ələnmək məcburiyyətində qaldı.Ən maraqlısı isə qalibi müəyyən etmək üçün hakimlər tərəfindən bir əlavə sualın ünvanlanmasıdır.Çünki 2 komanda bərabər xal toplamağa müyəssər olmuşdu.Nəhayət , sonuncu suala daha dəqiq cavab sərgiləyən “Zəka” komandası qalib adını qazandı.”Uğur “ 2-ci, “Real”  komandası isə yarışmanı 3-cü pillədə başa vurdu.

            Professor Əyyub Əyyubov qalib və mükafatçıları təbrik edərək onlara yeni uğurlar arzuladı. Bir daha  Heydər Əliyev ənənələrinin dövlətçiliyimizin möhkəmlənməsinə zəmin yaratdığını xatırladan ünlü elm adamı qarşıdan gələn  iki qat bayramlar münasibətilə xalqımıza və dövlətimizə nailiyyətlər dilədi.Ardınca Kamal Nəcəfli, Sahib Əliyev və professor Əyyub Əyyubov müvafiq olaraq 3, 2 və 1-ci nəticə göstərmiş komandaların kapitanlarına fəxri diplomlar təqdim etdi.

                     

 

Ehtiram Muradlı

 


 
Əlavə edilmə tarixi: 25.12.2015   |   Baxılma sayı: 1070

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.

Mingəçevir Gününə həsr olunmuş idman yarışları yekunlaşdı.
Noyabrın 13-də Mingəçevir şəhərinin 65 illik yubileyinə həsr olunmuş qruplararası mini-futbol yarışlarının final oyunu keçirildi.

Mingəçevir Turizm Kollecində Konstitusiya Günü münasibətilə geniş tərkibli elmi-nəzəri konfrans və digər silsilə bayram tədbirlər keçirilib
İnşa, rəsm müsabiqələri, dəyirmi masa ətrafı müzakirələr və ixtisas divar qəzetlərinin xüsusi buraxılışları ilə Konstitusiya Gününü şərəfləndirən çoxminli kollektiv “Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır” adlı elmi-nəzəri konfransla tədbirlər silsiləsinin zirvə nöqtəsinə yetişdi. Konfrans Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə iştirakı ilə gerçəkləşdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

Gül bayramı

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci