ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”

Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.


Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə  “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.Toplantıda kollecin müəllim və tələbələri ilə yanaşı,şəhərin əlaqədar təşkilatlarının  nümayəndələri də iştirak edirdilər.Tədbirdə əvvəlcə kollecin Mülki Müdafə qərərgahının rəisi Əşrəf Əsgərov “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti”  mövzusunda məruzə ilə çıxış etdi şəhər Tələbə poliklinikasının həkimi Əminə Əhmədovanın məruzəsi isə  “Fövqalədə Hallar zamanı  tibbi xidmətin təşkili” mövzusuna həsr olunmuşdu, daha sonra məruzələr ətrafında müzakirələr aparıldı.Qızıl Aypara Cəmiyyəti şəhər bölməsinin informasiya xidmətinin müdiri Alı Mustafayev, həmin xidmətin assistenti Sənan Lələyev, Qızıl Aypara Cəmiyyətinin təlimatçısı  Kəmalə Orucova, kollecin müəllimi Fikrət Talıbov, tələbələrdən  Kamran Muradov ( TT – 40 qrupu), Gülnar Həsənzadə ( TT – 36 qrupu) və Hacımurad Bicilov ( TMT - 20) müzakirələrdə fəal iştirak edərək çıxışlar etdilər. İştirakçıların  yekdil rəyinə görə tələbələrin və müəllimlərin Mülki Müdafiə sahəsində maarifləndirilməsi baxımından tədbirin böyük əhəmiyyəti olacaq.


 
Əlavə edilmə tarixi: 27.02.2015   |   Baxılma sayı: 1041

                                

Paylaş      

SON BAXILANLAR

Paytaxtdan bölgələrə / From capital to regions

Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib
Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

15 İyun Milli Qurtuluş Günü” qeyd edildi

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci