ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Xocalı soyqırımı yad olundu

XX əsrdə bəşər tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımı kollecdə hər il hüzn və sayqı ilə anılır.


XX əsrdə bəşər tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımı kollecdə hər il hüzn və sayqı ilə anılır. Bu il də faciənin 23-cü ildönümünə həsr olunmuş xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Tələbələr arasında rəsm əsərləri və inşa  yazılarının müsabiqəsi keçirilmiş, mövzuya həsr olunmuş debat və diskusiyalar  təşkil olunmuşdur. Ayrı-ayrı qruplar tərəfindən hazırlanmış divar qəzetləri xüsusi stendlərdə yerləşdirilərək nümayiş olunmuşdur.

         Fevralın 25- də isə kollecdə YAP 38 saylı ərazi təşkilatı ilə birlikdə “Xocalı soyqırımı bütün insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru prof.Ə.A.Əyyubov əvvəlcə erməni millətçilərinin xalqımıza qarşı düşmənçiliyinin tarixinə toxundu. XX əsrin sonunda bu düşmənçiliyin yenidən baş qaldırması, Qarabağ münaqişəsinin alovlanmasını qeyd etdi. 1992-ci ilin fevralın 26-na keçən gecə Xocalıda baş verən qanlı hadisəni bu münaqişənin və Azərbaycanın müasir tarixinin ən ağrılı faciələrindən biri olduğunu vurğuladı. Sonra faciə haqqında vide çarx nümayiş olundu.

         Konfransda kollecin müəllimləri Bəhruz Kərimov “Xocalı soyqırımı ermənilər tərəfindən planlı şəkildə törədilmiş cinayətdir”, İradə Cəfərova “Milli qəhrəman Əlif Hacıyev və onun silahdaşları tərəfindən Xocalı aeroportunun mərdliklə müdafiə edilməsi”, İqbal Xudiyev “Xalqımız Xocalı spyqırımını heç vaxt unutmayacaqdır”, Aygün Əzizova “Bir gecənin içində çarmıxa çəkilən Xocalı müsibəti”, Jalə Məmmədova “ Xocalı kədərini –Azərbaycan həqiqətini  bütün dünya bilməlidir” mövzularında maraqlı məruzələrlə çıxış etdilər.

         Konfransdan sonra kollecin müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış ədəbi-bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.


 
Əlavə edilmə tarixi: 26.02.2015   |   Baxılma sayı: 563

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.

Mingəçevir Gününə həsr olunmuş idman yarışları yekunlaşdı.
Noyabrın 13-də Mingəçevir şəhərinin 65 illik yubileyinə həsr olunmuş qruplararası mini-futbol yarışlarının final oyunu keçirildi.

Mingəçevir Turizm Kollecində Konstitusiya Günü münasibətilə geniş tərkibli elmi-nəzəri konfrans və digər silsilə bayram tədbirlər keçirilib
İnşa, rəsm müsabiqələri, dəyirmi masa ətrafı müzakirələr və ixtisas divar qəzetlərinin xüsusi buraxılışları ilə Konstitusiya Gününü şərəfləndirən çoxminli kollektiv “Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır” adlı elmi-nəzəri konfransla tədbirlər silsiləsinin zirvə nöqtəsinə yetişdi. Konfrans Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə iştirakı ilə gerçəkləşdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

Gül bayramı

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci