ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Müəllim günü keçirildi.

5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur.


5 oktyabr Müəllimlər günü MTK-da hər il xüsusi təntənə ilə qeyd olunur. Bu ildə pedoqoqların peşə bayramının yüksək səviyyədə qeyd olunması üçün ciddi hazırlıq işləri aparılmışdır. Müəllimlər gününə həsr olunmuş divar qəzetləri və plakatlar stendləri və guşələri bəzəyirdi. Oktyabrın 3-də isə müəllimlər üçün əziz olan bu gün münasibətilə təntənəli bədii gecə keçirildi. Tədbirin aparıcıları Murad və Yaqut iştirakçıları salamlayaraq tələbələr adından bütün pedoqoji heyət üzvlərini bayram münasibətilə təbrik etdilər. Təbrik nitqi ilə çıxış edən MTK-nın direktoru  prof. Əyyub Əyyubov  “Müəllimlər günü”nün kollecin pedoqoji kollektivi üçün xüsusi anlam daşıdığını vurğuladı. əyyub müəllim bütün müəllim hüyətini bayram münasibətilə təbrik etdi, kollektiv üzvlərinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Prof. Ə.Əyyubov dövlət rəhbərliyinin ölkədə təhsilin inkişafı üçün atdığı addımları xatırlatdı. Pedoqoji sahəyə göstərilən qayğıya görə kollektiv adından ölkə rəhbərliyinə təşəkkürünü çatdırdı.
Təntənəli tədbir kollecin bədii özfəaliyyət qrupu üzvlərinin ifasında maraqlı musiqili nömrələrlə davam etdirildi. Rəqs qrupu üzvləri ritmik rəqs və qızların ifasında milli rəqs münayiş etdirdilər. İştirakçılar  istedadlı tələbələr Rövşən və Nərgizin ifasında gözəl nəğmələri dinlədilər. Rİ-8 qrupunun tələbəsi Abdulla isə meyxana ifası ilə hamının marağına səbəb oldu. BT-37 qrupunun tələbəsi Hüseyinin ifasında müasir rəqs növü olan elekro rəqsin ifası da yadda qalan oldu.
Bayram tədbiri prof.Əyyub Əyyubovun yekun sözü ilə başa çatdı.


 
Əlavə edilmə tarixi: 16.10.2014   |   Baxılma sayı: 1349

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Azərbaycan musiqi sənətinin iki görkəmli siması olan Tofiq Quliyevin anadan olmasının 100, Fərhad Bədəlbəylinin isə 70 illik yubileyi münasibətilə konfrans keçirilib
Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin şərəfinə təşkil olunan yaradıcılıq gecələri və elmi -nəzəri konfransların keçirilməsi kollektivdə artıq bir ənənəyə çevrilib.

Marxal - müalicə-istirahət kompleksi üçün aşağıda qeyd olunan vəzifələr üzrə vakansiya.

Unudulmaz gün

Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümü kollecdə əsl bayram əhval-ruhiyyəsində qeyd olundu

Mingəçevir Turizm Kollecində məzunlarla vida mərasimi keçirilib
Ölkənin ən böyük təhsil müəssisələrindən biri olan Mingəçevir Turizm Kollecində növbəti məzun buraxılışı olub. Çoxsayda dəvətli qonağın iştirakı ilə gerçəkləşən vida mərasimi unudulmaz anlara səhnə olub.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci