ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Müəllimlər günü

5 Oktyabr “Müəllimlər günü” respublikamzın bütün tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də hər il böyük ruh yüksəkliyi ilə qeyd olunur.


Bu bayrama tələbələr xüsusi coşqu ilə hazırlaşır, müəllimlərini maraqlı bədii musiqili proqramla təbrik etməyə can atırlar.

     Cari tədris ilində müəllimlər gününə həsr olunmuş bayram tədbiri oktyabr ayının 4-də Heydər Əliyev adına ideoloji mərkəzində keçirildi.

     Tədbirdə giriş nitqi ilə çıxış edən kollecin direktoru prof. Ə.A.Əyyubov pedaqoji heyət üzvlərini peşə bayramı münasibətilə təbrik etdi. Ə.Əyyubov müəllimlərin peşə bayramının xüsusi qeyd olunmasının əhəmiyyətindən, müəllim əməyinin dəyərindən söhbət açdı. Prof. Ə.Əyyubov dövlətimizin başçısının təhsil işçilərindən qayğısından, təhsilin inkişafındakı dəyərindən bəhs etdi, ölkə prezidentinin növbəti müddət üçün nəzərdə tutlmuş fəaliyyət proqramında təhsil sahəsinin inkişafına xüsusi yer ayrıldığını da vurğuladı. Sonra kollecin bədii özfəaliyyət qrupunun üzvləri hazırladıqları maraqlı nömrələrlə müəllimlərə təbriklərini çatdırdılar. Rövşən və Elvinin ifasında “Mənim Azərbaycanım” mahnısı, I kurs tələbəsi Nərgizin müəllimlərə həsr olunmuş nəğməsi tədbirə xüsusi rəng qatdı. Aysel Əmirova analara həsr olunmuş şer parçası səsləndirdi, Elşad və Poladın gitara ilə dueti, Gülağa və Nicatın müəllimlər gününə həsr etdikləri meyxana deyişməsi də maraqla qarşılandı.

     Kollecdə müəllimlər gününə həsr olunmuş təntənəli tədbir prof. Ə.Əyyubovun yekun sözü ilə başa çatdı. 


 
Əlavə edilmə tarixi: 07.10.2013   |   Baxılma sayı: 633

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Əbədiyaşar Liderin əziz xatirəsi anıldı.
Azərbaycan dövlətçiliyinin memari ümum milli lider Heydər Əliyevin vəfatının növbəti ildönümünü biri-birindən məzmunlu silsilə tədbirlərlə anıb xatirəsinə ehtiram nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin anım günü
Ümummilli lider Heydər Əliyevin anım günü Ölkəmizin hər yerində olduğu kimi Mingəçevir Turizm Kollecində də ümummilli lider Heydər Əliyevin anım günü böyük sayğı və ehtiramla qeyd edilir.

Mingəçevir Turizm Kollecinin 5 illik yubileyi qeyd olundu.

Mingəçevir Turizm Kollecinin Müəllim və tələbələri “Nar bayramı”nda
Noyabırın 1- də Göyçay şəhərində artıq ənənə halını almış “ Nar bayramı “ keçirildi.

Mingəçevir Turizm Kollecinin diorektoru professor Əyyub Əyyubov “Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdi

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci