ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





“Heydər Əliyev və millətçiliyimiz” mövzusunda elmi-nəzəri konfrans

aya yaxındır ki, Mingəçevir Turizm Kollecində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş maraqlı və rəngarəng tədbirlər keçirilir.


 

2013-cü il mayın 3-də M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında keçirilmiş “Heydər Əliyev və dövlətçiliyimiz” mövzusunda elmi-nəzəri konfrans həmin tədbirlər silsiləsinin zirvəsi oldu. Konfransda Mingəçevir şəhər rəhbərliyi və şəhər ictimaiyyətinin  çoxsaylı nümayəndələri də qonaq qismində iştirak edirdilər. Əvvəlcə qonaqlar və konfrans iştirakçıları teatrın foyesində ümummilli liderin 90 illik yubileyinə  həsr edilmiş sərgi ilə tanış oldular. Burada kollecin tələbələrinin dekorativ əl işləri və rəsm əsərləri, “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibi olan inşalar, ulu öndərə həsr olunmuş nəfis tərtibatlı foto albomlar və kollecin müəllimlərinin 50-dək məruzəsi nümayiş etdirildi. Xüsusi monitorda isə H.Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamları  ilə tanış olmaq olardı.

   Elmi-nəzəri konfrans kollecin direktoru prof. Ə.A.Əyyubovun giriş nitqi ilə başlandı. Prof. Ə.A.Əyyubov ümummilli liderin 90 illik yubileyinin qeyd edilməsinin dövlətçiliyimiz baxımından çox böyük əhəmiyyətə malik olduğunu vurğuladı. H.Əliyevin respublikamıza rəhbərliyinin I dönəmində milli mənəvi dəyərlərimizin qorunması və müstəqilliyimizin iqtisadi təməlinin yaradılması sahəsində gördüyü işləri xatırlatdı. Əyyub Əyyubov ulu öndərin ölkəyə rəhbərliyinin II mərhələsini, dövlətimizin siyasi və iqtisadi böhrandan çıxarılması və milli dövlətçiliyimizin əsasının möhkəmləndirilməsi kimi tarixi xidmətlərini də yada saldı.

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının müavini Ramiz Əliyev çıxış edərək konfrans iştirakçılarını şəhər rəhbərliyi adından salamladı. Ulu öndərin 90 illik yubileyi münasibətilə Mingəçevir Turizm Kollecində aparılmış işlərin yüksək qiymətləndirdi.

    Sonra söz YAP Mingəçevir şəhər təşkilatının sədri, Mingəçevir Bələdiyyəsinin sədri Cavanşir Yusibova verildi. Cavanşir Yusibov Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı ürək sözlərini konfrans iştirakçıları ilə bölüşdü, şəhərin ictimai-siyasi həyatındakı fəal mövqeyinə görə kollecin direktoru prof. Əyyub Əyyubova YAP şəhər təşkilatının fəxri fərmanını təqdim etdi.

   Konfransda Mingəçevir Turizm Kollecinin Həmkarlar İttifaqı Komitəsinin sədri dos. İbrahim Əyyubov “Dövlətçiliyimizin möhkəmləndirilməsində  Heydər Əliyevin misilsiz xidmətləri”, müəllimlərdən Ceyhun Abdullayev “Ulu öndərin əsasını qoyduğu Azərbaycançılıq məfkurəsi milli ideologiyamızın əsasıdır”, Çinarə Allahverdiyeva “Hedər Əliyevin Azərbaycan elminin və təhsilinin inkişafına diqqəti”, Sevda Kərimova “Heydər Əliyevin milli mənəvi dəyərlərimizə qayğısı”, Sahib Hüseynov “Heydər Əliyevin neft strategiyası və Azərbaycanın iqtisadi inkişafında onun rolu”, Aynurə Abbasova “Heydər Əliyevin Azərbaycan turizminin inkişafında rolu”,  mövzusunda maraqlı məruzələrlə çıxış etdilər. Qeyd olundu ki, elmi-nəzəri konfrans may ayının 4-də fənn komissiyalarında işini davam etdirəcəkdir.

     Konfransdan sonra yubiley tədbiri bədii hissə ilə davam etdirildi. Əvvəlcə kollecin ədəbiyyat müəllimi  Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Sonra kollecin bədii özfəaliyyət qrupunun rəhbəri Məleykə Vəliməmmədovanın rəhbərliyi ilə təşkil olunan maraqlı  mahnı və  rəqs nömrələri bir-birini əvəz etdi.  Kollecin tələbəsi Aydan Hacıyevanın səsləndirdiyi şux mahnılar və digər ifalar  tədbirə xüsusi rəng qatdı.

     Yubiley tədbiri tanınmış  müğənni Oktay Vəliyevin ifasında səslənən nəğmələrlə sona çatdı.  


 
Əlavə edilmə tarixi: 04.05.2013   |   Baxılma sayı: 2182

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi
Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.

Mingəçevir Turizm Kolleci: Növbəti tədbir uşaq nevroloji sanotoriyasına gerçəkləşdi.

Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib
Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib.

Mingəçevir Turizm Kollecin 20 Yanvar mövzusunda açıq dərs.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci