ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mədəniyyət və Turizm Nazirnin müavininin Mingəçevir Turizm Kollecinə səfəri

25 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət vəı Turizm Nazirinin müavini cənab Nazim Səmədov Mingəçevir Turizm Kollecində olmuş və kollecin pedaqoji kollektivi ilə görüşmüşdür.


 

    İlk öncə nazir müavini hörmətli Nazim Səmədova kollecin direktoru i.e.d. prof. Ə.A.Əyyubov təhsil müəssisəsi və onun maddi texniki bazası haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, kollec Nazirlər Kabinetinin 13.02.2006-cı il tarixli 45№li qərarı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 10.04.2006-cı il 101№li əmri əsasında yaradılmışdır. Kollecdə hal-hazırda Respublikamızın əksər bölgələrindən olan 13 ixtisas üzrə 2400 nəfər gənc kadr təhsil alır. Tələbələrin təlim-tərbiyəsi ilə 200 (iki yüz) nəfərdən artıq pedaqoji heyət məşğul olur. Pedaqoji kollektivin 80%-ni gənc müəllimlər təşkil edir. Onların arasında magistratura təhsilli gənclər və dissertantlar çoxluq təşkil edir. Gənc müəllimlər öz üzərində daim çalışır, tədqiqat işləri ilə məşğul olur və dərslərini müasir təlim üsulları ilə tədris edir.

    Maddi texniki baza haqqında məlumat verən direktor prof. Əyyub Əyyubov qeyd etdi ki, kollecin əsas binası dörd mərtəbəli binadan, yardımçı binalardan, böyük idman meydançasından və s. ibarətdir. Kollecdə Heydər Əliyev adına ideoloji mərkəz, kompyuter otaqları, test otağı, kimya-fizika laboratoriyaları, ümumtəhsil və ixtisas fənnləri üzrə xeyli fənn kabinetləri, zəngin kitabxana, oxu zalı mövcuddur. Kollecdə həmçinin 8 fənn komissiyası, tədris işləri üzrə şöbə, kadrlar şöbəsi, əyani və qiyabi təhsil üzrə şöbə, mühasibatlıq və azad həmkarlar təşkilatı fəaliyyət göstərir. Tədrisin təşkilində müasir texnikadan və texnologiyadan geniş istifadə olunur.

   Kollecdə tələbələrə vətənpərvərlik tərbiyəsini, milli mentalitetimizin öyrədilməsini, dövlət atributlarımızın mənimsədilməsini, tələbələrin asudə vaxtlarının səmərəli təşkilini, tarixi günlərimizin, bayramlarımızın, anım günlərimizin daimi aşılanması və tələbələri zərərli vasitələrdən kənarlaşdırmaq sahəsində böyük işlər görülür. Tələbələrdən ibarət bədii özfəliyyət kollektivi və idmançıları kollec və şəhər tədbirlərində daim iştirak edirlər. Müəllim və tələbələrimiz MTV, ELTV və AzTV kanallarında və beynəlxalq sərgilərdə fəal iştirak edirlər. Bu yaxınlarda müəllim və tələbələrimiz XII Beynəlxalq Turizm Sərgisində iştirak etmişlər. 2 (iki) nəfər yaradıcı tələbəm iz isə hal-hazırda Bakı şəhərində Respublika Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən mahnı müsabiqəsində iştirak edir.

   Direktor prof. Əyyub Əyyubov nazir müavini Nazim Səmədova kollecin məzunları haqqında da fərəhlə məlumat verərək bildirdi ki, “Turizm və onun təşkili”, “Turist mehmanxana təsərrüfatının təşkili və idarə olunması”, “Turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili” ixtisasları üzrə gənc kadrlar Mingəçevirlə yanaşı Şəki, Zaqatala, Qəbələ, Balakən, İsmayıllı, Naftalan, Şamaxı və digər şəhər və rayonlarda mehmanxana, otel və kurort komplekslərində gənc kadr kimi fəaliyyət göstərir.

    Prof. Əyyub Əyyubov Mədəniyyət və Turizm Nazirinin bir neçə dəfə kollecdə olmasından, qısa bir müddətdə kollecin uğurlu yol keçməsindən və beynəlxalq əlaqələrindən danışmışdır. Həmçinin  o qeyd etdi ki, kollecin 5 illik yubileyində nazir 10 (on) nəfər müəllimə fəxri fərman vermişdir.

    Beynəlxalq əməkdaşlıq Mingəçevir Turizm Kollecinin fəaliyyətinin ən uğurlu sahələrindən biridir. Belə ki, kollec Şotlandiyanın Stevenson Kolleci, Rumıniyanın Braşov şəhərində yerləşən Andrei Barseano Kolleci, Moskva Biznes İqtisadiyyat Kolleci, Moskva Humanitar Kolleci, Almaniyanın Yade İnstitutu və digər xarici ölkələrin təhsil müəssisələri ilə birgə əməkdaşlıq etmişdir.

    Hal-hazırda kollecdə Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə ciddi hazırlıq işləri gedir. Belə ki, bu günə qədər xeyli sayda silsilə tədbirlər təşkil edilmişdir. “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi, Heydər Əliyev haqqında divar qəzetlərinin təşkili, “Heydər Əliyev irsini öyrənirik” adlı kitav sərgisi, “Heydər Əliyev və mənəvi dəyərlərimiz”, “Heydər Əliyev və Azərbaycan dili” mövzularında intellektual yarışlar, “Heydər Əliyev təbiəti sevirdi” mövzusunda diskussiya, “Heydər Əliyevin ideyaları yaşayır” mövzusunda rəsm sərgisi və futbol turniri keçirilmişdir. Bu silsilə tədbirlərin davamı olaraq Ulu öndərin 90 illik yubileyi 2 may 2013-cü il tarixində Mingəçevir Dövlət Dram Teatrında keçiriləcəkdir. Yubiley gecəsində rəsm, kitab, inşa yazı, dekorativ işlərin sərgisi nümayiş etdirilərək,  “Heydər Əliyev və dövlətçiliyimiz” mövzusunda elmi-nəzəri konfrans olacaq.

   Nazir müavini Nazim Səmədov kollecin birinci mərtəbəsinin dəhlizindəki Heydər Əliyev guşəsini ziyarət etdi. Ulu öndər Heydər Əliyevə və prezident İlham Əliyevə həsr edilmiş lövhələrlə, tələbələrin sərgiyə hazırladıqları əl işləri ilə tanış oldu. Daha sonra o, kollecin ikinci mərtəbəsində yerləşən direktorun və direktor müavinlərinin iş otağını, test otaqlarını, “Dillər”, “Pedaqogika və psixologiya”, “Kimya və tibbi biologiya” fənn kabinetlərini, tədris şöbəsi və kadrlar şöbəsini gəzdi. Nazir Müavini Nazim Səmədov tədris şöbəsinin müdiri Qəhrəman Kərimovun tədris planı və proqramları ilə tanış oldu. O üçüncü mərtəbədəki Heydər Əliyev adına ideoloji mərkəzini, kompyuter otağını “Ədəbiyyat” kabinetini və digər fənn kabinetlərini gəzərək, müəllim və tələbələrlə səmimi söhbətlər apardı.

    Yekunda o, idman meydançasına və kollecin həyətyanı sahəsindəki səliqə-səhmandan və estetik zövq oxşayan yaşıllıqdan məmnun olduğunu bildirərək, bu cür potensial inkişafa malik olan kollecə müasir tədris binasının vacibliyini qeyd etdi. 


 
Əlavə edilmə tarixi: 26.04.2013   |   Baxılma sayı: 1027

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə səfəri
Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Xeyirxahlıq ənənəsi.
Yaxınlaşmaqda olan Yeni il bayramı ilə bağlı MTK-da xoş, xeyirxah ənənələr davam etməkdədir

Mingəçevir Turizm Kollecində Futbol yarışı keçirildi
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə hısr olunmuş tədbirlər davam edir.

Kimsəsiz uşaqlarla görüş

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci