ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





İntellektual yarış

Mingəçevir Turizm Kollecində “Heydər Əliyev və müstəqillik ” mövzusunda intellektual yarış keçirilmişdir.


 

         Aprelin 17-də Mingəçevir Turizm Kollecində  “Heydər Əliyev və müstəqillik ” mövzusunda intellektual yarış keçirilmişdir. Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində keçirilən bilik yarışında tələbələrdən təşkil olunmuş 7 komanda iştirak etmişdir. Yarışın hazırlanmasında fənn müəllimləri Çinarə Məmmədova, Tural Kərimov, mühəndis proqramçı Ulduz Zamanova ciddi əmək sərf etmişdirlər. Münsiflər heyətinə kollecin tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, fənn müəllimləri Dinarə abbasova və Zeynəb Yusifova daxil idilər. İntellektual yarışda iştirakçı komandalar astronomiya, nəqliyyat və məntiqi təfəkkür sahələrini əhatə edən 30 suala cavab verməli idilər. Yarış iştirakçıları komandalar arasında sağlam rəqabət ruhunda davam edən maraqlı mübarizəyə şahidlik etdilər. Suallara daha dolğun cavab verən “Bələdçilik işi” komandası 120 bal toplayaraq intellektual yarışın qalibi oldu. Yarışın sonunda çıxış edən tədris şöbəsinin müdiri Qəhrəman Kərimov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlərin əhəmiyyətindən bəhs etdi, maraqlı mübarizəyə görə iştirakçılara təşəkkürünü bildirdi və qalib komandanın kapitanına qiymətli hədiyyə təqdim etdi. Komandanın 7 nəfər üzvünün hər biri fəxri fərmanla mükafatlandırıldılar.


 
Əlavə edilmə tarixi: 17.04.2013   |   Baxılma sayı: 1115

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində ordumuza dəstək aksiyası keçirildi.

18 Oktyabr- Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər
18 Oktyabr- Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq ciddi hazırlıq işləri həyata keçirilir.

Bilik günü
Yeni 2013-2014-cü tədris ilinin başlanması Mingəçevir Turizm Kollecində sentyabr ayının 16-da keçirilmiş tən-tənəli bayram mərasimi ilə qeyd edildi.

18 oktyabr - Müstəqillik günü

“Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdikdən sonra qonaqlar Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci