ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir-64


11 noyabr şəhər günü Mingəçevir şəhərinin idarə və müəssisələrində həmişə böyük coşğu ilə qeyd olunur. Noyabr ayının 8-də Mingəçevir Turizm Kollecində şəhərin 64-cü ildönümünə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirin aparıcıları Zeynalova Aygün və Xəlilzadə Günel iştirakçıları salamladıqdan sonra Ü.Hacıbəyovun “Koroğlu” üverturası səsləndi. Kollecin direktoru prof. Ə.A.Əyyubov təbrik nitqi ilə çıxış edərək, Mingəçevirin dünəni, bu günü və gələcəyi ilə bağlı düşüncələrini tədbir iştrakçıları ilə bölüşdü. Prof. Ə.A.Əyyubov şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinin getdikcə daha böyük vüsət aldığını qeyd etdi. Mingəçevirin xüsusilə turizm mərkəzi kimi böyük inkişaf potensialına malik olduğunu vurğuladı. TT-31 qrupunun tələbəsi Aydanın ifasında “Azərbaycan” və TXT-19 qrupunun tələbəsi Ülviyyənin ifasında Mingəçevirə həsr olunmuş mahnılar bayram tədbirinə xüsusi rəng qatdı. S.Vurğunun Mingəçevirin qurulmasına həsr olunmuş “Muğan” poemasından parçalar tələbələr Könül və Gülaranın ifasında səsləndi. Kollecin bədii özfəaliyyət qrupunun üzvləri Elşad və Poladın kitarada ifa etdiyi “Torpağın səsi” mahnısı, Nicat və Gülağanın təqdim etdiyi meyxana nömrəsi, qızlardan və oğlanlardan ibarət rəqs qruplarının ayrı-ayrı nümayiş etdirdiyi çıxışlar da maraqla qarşılandı və tədbirdə fəal iştirak edən tələbə Aydanın növbəti mahnı ifası, Aytən və Ülviyyənin birgə səsləndirdiyi nəğmə və tələbələrin hazırlayıb təqdim etdikləri kiçik səhnəcik zəngin bayram proqramının maraqlı elementləri oldu. Mingəçeviri 64 illiyinə həsr olunmuş ədəbi-bədii gecə Mingəçevir Turizm Kollecinin direkturu yekun nitqi ilə başa çatdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1279

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kolleci beynəlxalq layihələrdəki iştirakını daha da genişləndirir
Azərbaycan turizm sənayesi üçün qarşısına yüksək səviyyəli mütəxəssis hazırlığı vəzifəsini qoymuş kollecdə hazırlanan 2000-dən çox mütəxəssis ölkənin turizm və mehmanxana şəbəkələrində artıq uğurla çalışmaqdadırlar.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Aydın üfiq sorağında

Mingəçevir Turizm Kollecinin kollektivinin Bayraq günü tədbirində iştirakı
Mingəçevir Turizm Kollecinin tələbə və müəllim heyəti Mingəçevir şəhərində keçirilən müxtəlif bayram tədbirlərində özünün mütəşəkkil qaydada iştirakı və fəallığı ilə tanınır.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci