ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Müəllim günü


5 oktyabr 2012 ci ildə Mingəçevir Turizm Kollecində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra kollecin direktoru i.e.d. prof. Ə.A.Əyyubov giriş sözü ilə tədbiri açaraq, bütün müəllimləri “Müəllim günü” münasibəti ilə təbrik edib. Tədbirdə Prof. Ə.A.Əyyubov inkişaf edən Azərbaycanda təhsilə verilən önəmdən, dövlət başçısının təhsil sahəsinə, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıb. Prof. Ə.A.Əyyubov təbrik nitqində müəllim əməyinin nəticəsində cəmiyyətin formalaşdığını, savadlı, bilikli, geniş, dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişdiyini vurğulayıb. Tədbirdə həmçinin kollecin direktoru prof. Ə.A.Əyyubov futbol yarışında qalib gəlmiş Mingəçevir Turizm Kollecinin yığma komandasının üzvlərini təbrik edərək, fəxri fərmanlarla mükafatlandırdı. Tədbir kollecin bədii özfəaliyyət kollektivinin hazırladığı rəngarəng program şən mahnılar, rəqslər, şer nümunələri ilə davam edib.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2709

                                

Paylaş      

SON BAXILANLAR

Paytaxtdan bölgələrə / From capital to regions

Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib
Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

15 İyun Milli Qurtuluş Günü” qeyd edildi

Mingəçevir Turizm Kollecinin kollektivi “Soyuq Bulaq” istirahət mərkəzində
Hər tədris ilinin sonunda Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə ölkənin səfalı məkanlarından birində bir günlük istirahəti təşkil olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci