ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Bilik bayramı


2012-ci il sentyabr ayının 17-də Mingəçevir Turizm Kollecində yeni tədris ilinin başlanması münasibətilə təntənəli bayram tədbiri keçirildi. Kollecin ərazisi və tədris korpusu bu münasibətlə “Bilik günü”nə həsr olunmuş bayram stendləri ilə bəzədilmişdi. Bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı. Bilik bayramının aparıcıları Günel və Hüseyn tədbir iştirakçılarını salamlayaraq, onları yeni tədris ilinin başlanması münasibətilə təbrik etdilər. Mingəçevir Turizm Kollecinin direktoru, prof. Ə.A.Əyyubov çıxış edərək, yeni dərs ili ilə bağlı ürək sözlərini söylədi, kollecin müəllim və tələbə heyətinə tədris işində uğur və nailiyyətlər arzu etdiyini bildirdi. Kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İbrahim Əyyubov da Bilik bayramı münasibətilə müəllimləri və tələbələri təbrik etdi, onlara yeni tədris ilini müvəffəqiyyətlə başa vurmağı arzuladı. Tədbirin iştirakçıları valideynlər adından çıxış edən Nurani Mustafayevin və 216 bal ilə kollecə qəbul olunmuş Pərvanə Əsədovanın təbrik çıxışlarını da maraqla qarşıladılar. Çıxışlar arasında isə kollecin tələbələrindən ibarət bədii özfəaliyyət qrupunun üzvlərinin nümayiş etdirdiyi musiqili nömrələr tədbiri daha da canlandırdı. Hüseyn Mustafayevin və Nicat Ələsgərovun səsləndirdiyi nəğmələr, müxtəlif xalqların milli rəqslərini ifa edən rəqs qrupunun çıxışları “Bilik bayramı”nın yüksək əhval-ruhiyyədə və şən ovqatda qeyd edilməsinə kömək etdi. Tədbirin sonunda yeni tədris ilinin ilk zəngini vurmaq üçün I kursa yüksək balla qəbul olunmuş tələbə Şəmsiyyə Kərimli meydana dəvət olundu.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2277

                                

Paylaş      

SON BAXILANLAR

Paytaxtdan bölgələrə / From capital to regions

Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib
Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

15 İyun Milli Qurtuluş Günü” qeyd edildi

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci