ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Məzun günü


2012 ci il iyun ayının 28-də Mingəçevir Turizm Kollecində buraxılış qruplarının iştirakı ilə “Məzun günü” keçirildi. Təntənəli mərasim münasibətilə kollecin tədris korpusunun qarşısındakı ərazi bayramsayağı bəzədilmişdi. Hər bir buraxılış qrupu onun üçün ayrılmış masanın arxasında öz yerini tutmuşdu. “Məzun günü” tədbiri Mingəçevir Turizm Kollecinin direktoru prof. Ə.A.Əyyubovun təbrik nitqi ilə başlandı. O, məzunları təhsili başa vurmaları münasibıtilə təbrik etdi, onlara əldə etdikləri bilikdən bacarıqla faydalanmağı və həyatda layiqli yer tutmağı arzu etdi. Tədris işləri üzrə direktor müavini V.N. İbişova, təlim-tərbiyə işləri üzrə direktor müavini Ə.B.Əsgərov, tədris şöbəsinin müdiri Q.Ş. Kərimov da çıxış edərək, məzunlara ünvanlanmış ürək sözlərini çatdırdılar. Təbrik nitqləri arasında tədbirin iştirakçıları hazırladıqları bədii nömrələri təqdim etdilər. İlk olaraq “Xarici dil” ixtisasını təmsil edən F-19 və F-20 qruplarının tələbələri “Tələbəlik illəri” mahnısını ifa etdilər. “Turizm” ixtisasının adından çıxış edən TT-21 qrupunun tələbəsi Elgizin ifa etdiyi romantik nəğmə də maraqla qarşılandı. “Mehmanxana işi və onun təşkili”, “Bədən tərbiyəsi və idman”, “Mühasibat uçotu” ixtisası üzrə təhsil almış məzunlar da tədbirdə fəallıq göstərərək, müəllimlərə və tələbə yoldaşlarına ünvanlanmış xoş fikirlər səsləndirdilər, kollecdə keçirdikləri illər haqqında duyğularını dilə gətirdilər. Sonda bütün məzunlar birlikdə “Yallı” rəqsi ifa etdilər. “Məzun günü” tədbiri məzunların qruplar üzrə xatirə şəkilləri çəkdirməsi ilə başa çatdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2215

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.

Mingəçevir Gününə həsr olunmuş idman yarışları yekunlaşdı.
Noyabrın 13-də Mingəçevir şəhərinin 65 illik yubileyinə həsr olunmuş qruplararası mini-futbol yarışlarının final oyunu keçirildi.

Mingəçevir Turizm Kollecində Konstitusiya Günü münasibətilə geniş tərkibli elmi-nəzəri konfrans və digər silsilə bayram tədbirlər keçirilib
İnşa, rəsm müsabiqələri, dəyirmi masa ətrafı müzakirələr və ixtisas divar qəzetlərinin xüsusi buraxılışları ilə Konstitusiya Gününü şərəfləndirən çoxminli kollektiv “Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır” adlı elmi-nəzəri konfransla tədbirlər silsiləsinin zirvə nöqtəsinə yetişdi. Konfrans Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə iştirakı ilə gerçəkləşdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

Gül bayramı

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci