ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





18 İyun İnsan hüquqları günüdür.


Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafisəi üzrə milli fəaliyyət planının təsdiq edilməsi” haqqında 18 iyun 2007-ci il tarixli sərəncamına əsasən hər il 18 iyun insan hüquqları günü kimi qeyd olunur və bununla bağlı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkil Ombusman Elmira Süleymanovanın təşəbbüsü ilə may ayının 18-dən iyun ayının 18-ə kimi respublikamızda insan hüquqları aylığı keçirilir. Bu ay çərçivəsində dövlət qanunları qeyri-hökümət təşkilatları tərəfindən ölkəmizin bütün regionlarında insan hüquqları günü qeyd olunur. Eləcə də Mingəçevir Turizm Kollecində də bu aylıq keçirilir. İnsanlar hamısı bərabər doğulur. Lakin bu heç də o demək deyildir ki, dünyanın hər yerində insanlar bərabər yaşayır. Hələ də bir çox dövlətlərdə insanlar təbəqələrə və qruplara bölünürlər. Bir qisim insanlar isə hüquqsuzdur. İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə deyilir: “biz insanları azad və bərabər yaratdıq”. Ona görə də əksər dövlətlərin konstitusiyasında belə bir müddəa əsas yer tutur ki, qanun qarşısında hamı bərabərdir. Yəni tutduğu vəzifəsindən, mənşəyindən, cinsindən, dərisindən, əqidəsindən, dinindən asılı olmayaraq hamının hüququ bərabərdir və bölünməzdir. II dünya müharibəsindən sonra yəni 1939-cu ildən sonra dünya xalqları həmrəy olmağa səslədi. Yəni BMT yaradılır. BMT 1945-ci il aprel ayının 25- də yaranmışdır. BMT-nin əsas vəzifələri insanın hüquq və azadlıqlarını həyata keçirmək və müdafiə etməkdir.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1382

                                

Paylaş      

SON BAXILANLAR

Paytaxtdan bölgələrə / From capital to regions

Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib
Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vərdişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır.

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

15 İyun Milli Qurtuluş Günü” qeyd edildi

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci